Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Krım sahillərində yanan iki gəmidə azı 10 dənizçi həlak olub


Yanan gəmilər Tanzaniya bayrağı altında üzürdü
Yanan gəmilər Tanzaniya bayrağı altında üzürdü

Yanan gəmilərdə 10 nəfər həlak olub, 10 nəfər itkin düşüb

Son xəbərlərə görə, yanan gəmilərdə həlak olanların sayı 10 nəfərdir. 12 dənizçi xilas edilib, 10 nəfərsə itkin düşüb.

Xilasedicilərin yanğından 10 nəfərin cəsədini çıxardığı bildirilir.

Rusiya xilasetmə mərkəzinin sözçüsü pis hava şəraitinin dənizçilərin xilasını əngəllədiyini qeyd edib. Yanğının hələ də söndürülmədiyi xəbər verilir.

***

Rusiyanın hakimiyyət orqanları Krım sahillərində iki gəmidə baş vermiş yanğın nəticəsində azı 10 dənizçinin həlak olduğunu xəbər verir.

Rusiyanın Federal Dənizçilik və Çay Nəqliyyatı Agentliyinin yanvarın 21-də verdiyi məlumatda Tanzaniya bayrağı altında üzən iki gəmidən 14 heyət üzvünün xilas edildiyi bildirilir.

Agentliyin başçısı Aleksei Kravchenko deyib ki, yanğın gəmilərdən biri digərinə yanacaq doldurarkən baş verib.

O habelə bildirib ki, axtarış-xilasetmə əməliyyatı davam edir və Krımın Kerç şəhəri zərərçəkənlərin qəbuluna hazırdır.

Rusiya xəbər agentlikləri bildirirlər ki, yanğın baş verəndən sonra gəmidəkilər suya tullanmağa məcbur olublar.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə Türkiyə və Hindistan vətəndaşları da daxil iki gəmidə ümumilikdə 31 heyət üzvü olub.

Qara və Azov dənizlərini birləşdirən Kerç boğazı son vaxtlarda Rusiya ilə Ukrayna arasında gərginliyin meydanı olub.

Noyabrın 25-də Ukraynanın üç gəmisi – Berdyansk və Nikopol zirehli katerləri, habelə Yanı Kapu reyd yedəkçisi Rusiyanın sahil keşikçiləri tərəfindən əvvəlcə taran edilib, sonra isə atəşə tutulub.

Sözü gedən üç gəmidə 24 Ukrayna dənizçisi olub və onlardan bəziləri toqquşma zamanı xəsarət alıb. Hazırda həbs edilənlərin əksəriyyəti Moskvadakı Lefortovo həbsxanasında saxlanır.

Rusiya məhkəməsi bu ayın əvvəllərində dənizçilər barəsində həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.

ABŞ, Avropa İttifaqı və başqa ölkələr Rusiyadan gəmilərin və dənizçilərin azad olunmasını tələb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG