Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçrununa düşüb.
Bu barədə Müdafiə Nazirliyinin bu gün, martın 7-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, qar uçrununa düşənlərdən biri gizir, o biri müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan əsgərdir.
“Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir”,müdafiə nazirliyi bildirir.