Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 12:45

İki cəbhəçinin həbs edildiyi deyilir


Arxiv foto

Bu gün, mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) iki üzvü Əli İmanxanlı və Elxan Əliyevin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrin pozulmasında ittiham olunub.

"Onların hansı şəraitində saxlandığı bilinmir. Yalnız zəng vurub küçədə həbs olunduqlarını deyə biliblər ”, deyə partiyadan vurğulayıblar.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Son aylar AXCP-nin 10-dan çox fəalı qeyd edilən maddələrlə inzibati qaydada həbs ediliblər. Partiya hesab edir ki, hakimiyyət karantin rejimindən cəbhəçilərin həbs edilməsi üçüm məqsədli şəkildə istifadə edir.AXCP ittihamları əsassız saymışdı.

Amma Daxili İşlər Nazirliyi də açıqlama yayaraq karantin rejimindən müxalifətə qarşı istifadə edilməsi haqqında deyilənləri “dezinformasiya” adlandırmışdı.
Koronvirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG