Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

İki aydır əmək haqlarını ala bilmirlər


Aksiya
Aksiya

-

«Azəriqaz» İstehsalat Birliyinin Qazax xidmət sahəsinin işçiləri aprelin 7-də səhər müəssisənin yerli binasının qarşısında aksiya keçiriblər.

Aksiyada 30 nəfərə yaxın qaz işçisi iştirak edib. Onlar əmək haqlarının verilməsini tələb ediblər. Aksiya iştirakçılarından Elmir Gəncəliyev AzadlıqRadiosuna bunları deyib:

Aksiya
Aksiya

«Fevral ayının 2-dən müqavilə bağlayıb işə götürüblər. Bütün günü aparıb işlədirlər, amma maaşlarımızı ala bilmirik. İşçinin forması olar, bilinər ki, bu, hansı idarənin işçisidir. Amma bizə heç formada verməyiblər. Hər gün gəlirik bura, idarənin qarşısında toplaşırıq. Amma müdir çıxmır, gizlənir. Səhər gəlirik qol çəkirik, göndərirlər əraziyə kol təmizləməyə. Maaş kartı veriblər, amma içi boşdur. Müdiri də görə bilmirik ki, sözümüzü deyək».

Qaz idarəsindən isə AzadlıqRadiosuna deyiblər ki, işçilərə kartlar paylanılıb. Yaxın vaxtlarda əmək haqları köçürüləcək.

XS
SM
MD
LG