Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

AzadlıqRadiosu müxbirinin həbsdə ‘intihara cəhd etdiyi’ deyilir


İhar və Darya Losiklər
İhar və Darya Losiklər

Minskdə yerləşən Vyasna (Bahar) insan haqları qrupu bir neçə mənbəyə istinadla bildirir ki, AzadAvropa/AzadlıqRadiosunun jurnalisti İhar Losik “əlləri və boğazında kəsiklərlə” həbsxananın tibb məntəqəsinə yerləşdirilib.

İnsan haqları qrupunun martın 20-də bildirdiyinə görə, Losik “intihar cəhdi”ndən “xilas edilib”. Ancaq Losikin xəsarətinin dərəcəsi, insidentin necə baş verdiyi bəlli deyil. Valideynləri radioya deyiblər ki, bir aydan çoxdur ondan məktub almırlar.

Martın 21-də həbsdə min günü tamam olan Losik 1 saylı təcridxanada aclıq aksiyasından sonra karserə salınıb. O, ölkənin şimal-şərqində yerləşən Navapolatsk şəhərində saxlanır.

İttihamlar

Losik 2021-ci ilin dekabrında 15 illik həbs cəzasına məhkum edilib. Ona qarşı ittihamlar “kütləvi iğtişaşların təşkili, sosial nifrətə təhrik” və aydın olmayan bir sıra maddələr üzrə sürülüb.

Jurnalist təqsirsiz olduğunu deyir, ittihamları siyasi motivli sayır.

O zaman Losiklə birlikdə uzunmüddətli həbsə məhkum edilənlər arasında mühacirətdə olan müxalifətçi Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski, dörd bloger, müxalifətçi və fəal da vardı.

Yanvarda Losikin həyat yoldaşı Darya Losik ekstremist fəaliyyətə yardım ittihamıyla iki illik həbsə məhkum edilib. Bu ittiham onun Polşada yerləşən, Minskin rəsmən ekstremist qrup kimi tanıdığı Belsat telekanalına müsahibəsindən qaynaqlanıb.

Cütlüyün 4-yaşlı qızı Paulina hazırda Darya Losikin valideynlərinin himayəsindədir.

Vəkilə görüşə icazə verilməmişdi

İhar Losikin valideynləri martın 20-də AzadlıqRadiosuna deyiblər ki, 10 gün öncə oğullarının vəkilinə təcridxanada onunla görüşməyə icazə verilməyib.

Adı açıqlanmayan vəkilə martın 10-da Losiklə görüşməyə icazə verilməməsi onunla izah olunub ki, jurnalist görüş üçün öncədən müraciət etməyib, guya həbsxanada işləyir və icazə ala bilməyib.

İhar Losikin atası Alyaksandr Losik AzadlıqRadiosuna deyib ki, hazırda durumu vəkillə müzakirə edir, onunla Navapolatska getməyi, oğlunun başına nə gəldiyini öyrənməyi planlaşdırır.

Alyaksandr Losik və vəkilin həbsdə jurnalistlə görüşünə icazə verilib-verilməyəcəyi bəlli deyil. İnsan haqları qrupları onu siyasi məhbus kimi tanıyıb.

Birləşmiş Ştatlar İhar və Darya Losikləri dərhal və qeyd-şərtsiz buraxmağa çağırıb. AzadlıqRadiosunu Prezidenti Ceymi Flay (Jamie Fly) da cütlüyə dərhal azadlıq tələb edib, onların həbsini pisləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG