Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

İdxal-ixrac əməliyyatlarına birgə nəzarət


Prezident İlham Əliyev aprelin 20-də idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, bundan məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi və ixracın həcminin artırılmasıdır.

Habelə, bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi istənilir.

Sərəncama görə, bəzi idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi birgə nəzarət edəcəklər.

Maliyyə, vergilər, iqtisadiyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısı və mexanizminə dair təkliflər hazırlamalı, bir ay ərzində prezidentə təqdim etməlidir.

XS
SM
MD
LG