Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Hökumət idxalı cilovlaya bilmir


Gürcüstan-Azərbaycan sərhəddi.
Gürcüstan-Azərbaycan sərhəddi.

Ötən ilin 11 ayına nisbətən dövlət sektorunun idxalı bu ilin yanvar-noyabr aylarında 390 milyon 688,31 min dollar azalsa da, noyabrda oktyabrla müqayisədə idxal 3 milyon 42,16 min dollar çoxalıb.

Hökumətin manatı qoruma vasitələrindən biri də idxalı məhdudlaşdırmaqdır. Bununla bağlı bir neçə rəsmi qərar da var. Məsələn, prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı fərmanla Azərbaycanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarını (işləri, xidmətləri) satın almasına qadağa qoyulur. Qadağa 2018-ci ilin yanvarın 1-dək qüvvədə olacaq. Bəzi ərzaq məhsullarının, spirtli içki, yumurta və s.-in də idxal rüsumları dəfələrlə artırılıb.

Buna da bax:​ 'Daha bir sərt devalvasiya qeyri-neft sektoru üçün dağıdıcı olacaq'

Tədbirlər nəticə verib, amma...

Hökumətin bu tədbirləri illik əsasda öz nəticəsini verib. Ötən ilin 11 ayına nisbətən dövlət sektorunun idxalı bu ilin yanvar-noyabr aylarında 390 milyon 688,31 min dollar azalıb. Ancaq noyabrda oktyabrla müqayisədə idxal 3 milyon 42,16 min dollar çoxalıb. Ekspertlər dekabrda da idxalın artacağını düşünürlər.

Buna da bax: Manat ya ucuzlaşacaq, ya da ucuzlaşacaq

Əsas təlaş doğuran durum budur ki, özəl sektorun ölkəyə gətirdiyi valyuta Azərbaycandan çıxan valyutadan önəmli dərəcədə azdır. Bu ilin 11 ayında özəl sektor üzrə ticarət balansının kəsiri 4,7 milyard dollar olub. Bu sektor 1 milyard 552 milyon 509 min dollarlıq ixrac, 6 milyard 246 milyon 871 min dollarlıq idxal edib. Əvəzində dövlət sektoru üzrə ticarət dövriyyəsində 5,5 milyardlıq dollar profisit yaranıb – 6,5 milyard dollarlıq ixrac, 1 milyard dollara yaxın idxal olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG