Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

28 Rusiya idmançısını 'təmizə çıxaran' qərardan şikayət ediləcək


Rusiyanın Olimpiya medalçılarından Aleksandr Legkov
Rusiyanın Olimpiya medalçılarından Aleksandr Legkov

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirib ki, 28 Rusiya idmançısı üzərindən dopinq sanksiyalarını qaldırmış İdman Arbitraj Məhkəməsinin qərarından apellyasiya şikayəti edəcək.

BOK bəyan edib ki, “məhkəmənin qərarından və motivasiyasından” narazıdır və İsveçrədə yerləşən məhkəmənin qərarından İsveçrənin Ali Məhkəməsinə şikayət verilməsi planlaşdırlır.

Bu barədə bəyanatı BOK-un sözçüsü Mark Adams təşkilatın mənzilləndiyi Lozanna şəhərində verib.

Mövcud qaydalara görə İsveçrə Federal Tribunalı idman məhkəməsinin qərarlarını ləğv etmək səlahiyyətinə malikdir, lakin belə apellyasiyalar çox nadir hallarda uğurlu olur.

BOK-un prezidenti Thomas Bach appelyasiyanın uğuruna az inandığını etiraf edib, lakin deyib ki, “idmanın təmizlyini qorumaq” mənasında bu addım atılmalıydı.

Pxençanq Qış Olimpiadasından bir neçə gün əvvəl idman məhkəməsi 28 Rusiya idmançısının BOK-un onlara idmanı ömürlük qadağan edən sanksiyalarından şikayətini təmin etmişdi.

İdman məhkəməsinin qərarında deyilir ki, BOK-un bu işlər üzrə təhqiqatı dopinq qəbul edildiyini isbat etmir. Bununla belə məhkəmə 28 idmançının təqsirsizliyini tanımayıb.

Rusiya rəsmiləri idman məhkəməsinin qərarını alqışlayıblar.

Bununla belə idman məhkəməsi 11 Rusiya idmançısı üzərinə qoyulmuş sanksiyaları təsdiq edib.

Bütünlükdə Rusiyanın 43 idmançısı dopinqlə bağlı diskvalifikasiya edilmişdi.

XS
SM
MD
LG