Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

İdman kompleksinin tikintisi sakinlərin rahatlığını pozub


Tikinti. Foto arxiv

«İş başlayar və tezliklə də yekunlaşar. Bunlarsa istədikləri vaxt yolları iflic edirlər, istədikləri vaxt işləri səhərədək davam etdirirlər, sonra dayandırırlar. İnsanlar elə yenicə sakitlik tapmağa başlayanda həngamə təzədən başlayır».

Bunu «Qaynar xətt»ə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin sakinləri deyir.

«SƏHƏRƏDƏK YATA BİLMİRİK»

Sakinlərin iddiasına görə, «Koroğlu küçəsi, 2» ünvanında aparılan tikinti işləri burada yaşayanların gecəsini-gündüzünə qatıb:

***Buna da bax-Dörd binanın sakini İlham Əliyevdən cavab gözləyir

«Gecə-gündüz bilmirlər, ağırtonnajlı maşınlar dəstə-dəstə gəlib gedir, səhərədək iş dayanmır, ərazidə yaşayanların rahatlığı əlindən alınıb. Gətirib qaldırıcı kranları düzürlər yola, tıxaclar yaradırlar, adamlar evlərinə gedib gələ bilmir, maşın hərəkət edə bilmir».

Tikinti işləri Odlar Yurdu Universitetinin ərazisində aparılır. Bir neçə aydır ki, burada gedən genişmiqyaslı tikinti işləri sakinləri cana yığıb. Onların iddiasına görə, bu işlər qanunla müəyyən olunmuş saatlarda yox, səhərədək aparılır:

«Ərazidə evlər sıx yerləşir. Yüzlərlə ailə səhərədək yata bilmir. Universitet rəhbərliyinə də müraciət etmişik. Deyirlər, bir az da dözün, 10-15 günlük iş qalıb. Ailələrdə xəstə, qoca, uşaq var. Səhərədək betonqarışdıranların qulaqbatıran səsinə dözməli oluruq».

***Buna da bax-168 ailə nə yerdədir, nə göydə...

«ÖZLƏRİ DƏ YARARLANACAQLAR»

Sakinlərin iddiasına görə, tikinti ərazisinin ətrafında da təhlükəsizlik tədbirləri görülməyib və bu vəziyyət həm ətrafda yaşayanların, həm də oradan ötənlərin həyatına təhlükə saçır.

Odlar Yurdu Universitetindən «Qaynar xətt»ə bildirilib ki, işlərin fasiləsiz davam etməsinə səbəb təhsil mövsümünün yaxınlaşmasıdır. İşlər, əsasən, gündüzlər aparılır, gecələrsə aradabir davam edir. Sakinlərin narazılığından sonra axşamlar iş dayandırılıb.

«Gözəl bir idman kompleksi tikiləcək, elə indi narazılıq edən sakinlərin özləri də bu kompleksdən yararlanacaqlar», – universitetdən bildirilib.

Texniki təhlükəsizliklə bağlı deyilənlərə gəlincə, universitet rəhbərliyi və tikintini aparanlar bu tədbirləri artıracaqlarını söyləyirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG