Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Suriyanın İdlib əyalətindəki silahlı müxalifət qruplarından biri bölgəni tərk edir


Foto arxiv
Foto arxiv

Suriyanın şimalında yerləşən İdlib əyalətindəki silahlı müxalifət qruplarından biri bölgəni tərk etməyə başlayıb.

Bu yaxınlarda Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya əsasən bu bölgədə silahsız zona yaradılmalı və bütün silahlı qruplaşmalar ordan çıxmalıdır.

Suriya insan haqları monitorinq mərkəzinin məlumatına görə, “Faylak aş Şam” qrupu Türkiyənin xahişi ilə bölgəni tərk edir.

Razılaşmaya əsasən Rusiya ilə Türkiyə dərinliyi 15-20 kilometr olacaq silahsız zonada birgə patrul xidməti tətbiq edəcəklər.

Bu zona oktyabrın 15-də yaradılmalıdır.

Silahlı müxalifətin bir qismi Türkiyə ilə əməkdaşlığa razılıq versə də bu bölgədə iri islamçı qruplaşma hesab olunan “Hayat Təxrir aş Şam” hələ ki, qüvvələrinin bölgədən çıxarılmasına razılıq verməyib.

Qeyd edək ki, Rusiya ilə İran Suriya müharibəsində Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aprana silahlı müxalifətin tərəfini saxlayır.

Əvvəllər bu münaqişədə ABŞ-ın tərəfini saxlayan Türkiyənin isə son vaxtlar Rusiyaya yaxınlaşdığı müşahidə olunur və bu Ankara ilə Vaşinqton arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG