Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:44

Paris yaxınlığında iki nəfər öldürülüb


Hadisə yeri
Hadisə yeri

Fransa polisi bir kişinin Paris yaxınlığında iki nəfəri bıçaqla öldürdüyünü, birini isə ağır yaraladığını bildirir.

Avqustun 23-də Parisin qərbində yerləşən Trap şəhərində hücuma görə məsuliyyəti İSla Dövləti ekstremist qruplaşması üzərinə götürüb.

Ancaq qruplaşma iddiasını əsaslandıracaq dəlil təqdim etməyib. Fransa Daxili İşlər Nazirliyindəki mənbələr öldürülənlərin bıçaqlı şəxsin anası və bacısı olduğunu bildirir.

Hücum edənin “neytrallaşdırılaraq öldürüldüyü” xəbər verilir.

Bu hücumdan bir neçə saat öncə İD özünü qruplaşmanın lideri Abu Bakr al-Baghdadi kimi təqdim edən kişi səsi yayıb.

***

Özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmaya aid edilən səs yazısında təşkilat tərəfdarlarını son məğlubiyyətlərə baxmayaraq dünya boyunca düşmənlərlə döyüşü davam etdirməyə çağırıb.

İŞİD-in son bir ildə ilk dəfədir ki, yayılmış 54 dəqiqəlik səs yazısı avqustun 22-də ekstremist qruplaşmaya bağlı əl-Fürqan Fondunun saytında dərc olunub.

Abu Bakr al-Baghdad
Abu Bakr al-Baghdad

Təşkilatın lideri sayılan Abu Bakr al-Baghdadi-nin hazırda harada olduğu və ya sağ olub-olmadığı məlum deyil. Onun qruplaşması bir vaxtlar Suriya və İraqda nəzarət etdiyi ərazilərin 90 fasizini itirib.

Baghdadi-nin son audio müraciəti 2017-ci ilin sentyabrında yayılmışdı. O müraciətdə Baghdadi tərəfdarlarını dünya boyunca əllərində olan bütün silahlarla düşmənləri öldürməyə çağırmışdı. Bundan sonra İD dünyanın bir sıra yerlərində baş vermiş hücumların özü tərəfindən törədildiyini iddia etmişdi.

Son yazıda Baghdadi olduğu iddia edilən səs müsəlmanların Qurban bayramı və ABŞ keşişinin Türkiyədə saxlanması da daxil son vaxtlarda baş vermiş hadisələrə toxunur. Əgər bu audioyazıdakı səsin həqiqətən də Baghdadi-yə aidliyi təsdiqini tapsa, deməli onun ölümü haqqında xəbərlərin doğru olmadığı bəlli olacaq.

Audiodakı səs deyir ki, “Amerika öz varlığının ən pis vaxtını yaşayır” və Rusiya Yaxın Şərqdə ABŞ-la nüfuz rəqabətinə girib.

Səs habelə qiyamçıların cənubi Suriyada Bashar əl-Assad qüvvələrinə təslim olmasını pisləyir, onları xain adlandırır və İD-ə qoşulmağa çağırır. Audioda xəbərdarlıq edilir ki, İD-in Suriyanın İdlib qəzasındakı son istehkamı tezliklə Rusiya qüvvələri tərəfindən alınacaq.

Baghdadi indiyədək cəmi bir dəfə - 2014-cü ildə Mosulda görünüb. Sonralar onun öldürüldüyünə dair çoxsaylı xəbərlər yayılsa da, ABŞ hərbi rəsmiləri İŞİD liderinin sağ olduğuna inanırlar.

Baghdadi-nin Suriya-İraq sərhədindəki səhra ərazidə gizləndiyinə dair ehtimallar var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG