Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

İcra başçısının oğluna görə tutulan şəxs talassemiya xəstəsidir


İllüstrasiya
İllüstrasiya

►Vəkil: "Açıq-aşkar görünür ki, Əhliman Süleymanovu içəri saldırmaqda maraqlı olublar"

Nəsimi rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin törətdiyi yol qəzasına görə həbs edilən Əhliman Süleymanov günahsız olduğunu bildirir.

Həmin qəza nəticəsində "McDonald's"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan dünyasını dəyişmişdi.

“HƏKİM NƏZARƏTİNDƏ OLMALIDIR”

İlham Əsgərli və Əhliman Süleymanov eyni cinayət işi üzrə mühakimə olunsalar da, icra başçısının oğlu ilə bağlı məhkəmə prosesləri xeyli əvvəl yekunlaşıb.

O, 6 ay həbsdən sonra ötən ilin noyabrından azadlıqdadır. Əhliman Süleymanov isə ötən ilin mayından bəri hələ də həbsdədir.

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində Əhliman Süleymanovun şikayətinə baxılıb.

Vəkili Ramil Qocayev onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Əhliman Süleymanov talassemiya xəstəliyindən əziyyət çəkir:

"Bu xəstəliyinə görə onu hərbi xidmətə də aparmayıblar. Bu xəstəliyə tutulan şəxs daim həkim nəzarətində olmalıdır. İbtidai istintaq və birinci instansiya məhkəməsi gedən dövrdə də onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi və o, heç bir istintaq hərəkətindən yayınmayıb".

“HADİSƏNİN ŞAHİDİ OLAN ATA-BALA VAR”

Vəkil digər vəsatətində isə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib:

"Beş cildlik iş materiallarının üç cildi İlham Əsgərli və hadisə zamanı avtomobildə olmuş sürücüsü Pərvin Fətullayevin yanlış ifadələri əsasında qurulub. Hər ikisi yalan ifadə veriblər ki, guya, sükan arxasında İlham Əsgərli yox, sürücüsü olub. Sonradan bu yalan üzə çıxıb. Hadisənin şahidi olan ata-bala var, onlar həmin vaxt "Kia" markalı avtomobildə olublar və İlham Əsgərlinin hansı sürətlə hərəkət etdiyini görüblər. Bütün bu xüsusatlar araşdırılmalıdır".

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətləri təmin etməyib. Məhkəmə prosesində çıxışlar mərhələsi başlanıb.

Vəkil Ramil Qocayev çıxışında Əhliman Süleymanova ittiham verilən maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulduğu halda, ona cəzanın ən yuxarı həddinin verilməsinə toxunub:

"İş materiallarından görünür ki, Əhliman Süleymanovun vəziyyətini ağırlaşdıran hallar yoxdur, əksinə, yüngülləşdirici hallar var. Himayəsində iki azyaşlı uşağın olması da nəzərə alınmayıb. Açıq-aşkar görünür ki, Əhliman Süleymanovu qəsdən məhkum etdirməkdə, onu içəri saldırmaqda maraqlı olublar. Bu hadisədə təqsirkar Əhliman Süleymanov yox, İlham Əsgərlidir. İstintaqın əvvəlində yalan ifadələr verməsi, yalançı şahidlər gətirməsi də göstərir ki, günah onda olub".

GÜNAHSIZ OLDUĞUNU DEYİR

Əhliman Süleymanov özü də çıxışında günahsız olduğunu bildirib.

Prokuror münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib və proses iyulun 14-nə qədər təxirə salınıb.

Yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. İlham Əsgərlinin atasının xidməti avtomobili olan "Mercedes S500" markalı maşın arxadan Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşınına çırpılıb. Həmin vaxt "Mercedes"də olmuş Sənan Mirzəyev (İlham Əsgərli ilə sinif yoldaşı olublar-red.) dünyasını dəyişib.

Ötən il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov ötən ilin iyulunda Əhliman Süleymanovun cəzasını olduğu kimi saxlasa da, İlham Əsgərlinin cəzasını üç ilə endirib.

Ali Məhkəmə bu qərarı İlham Əsgərli hissəsində qüvvədə saxlayıb, Əhliman Süleymanova aid hissədə isə ləğv edərək apellyasiya məhkəməsinə qaytarıb. Ali Məhkəmənin həmin qərarı əsasında indi Bakı Apellyasiya Məhkəməsi yenidən həmin işə baxır.

İlham Əsgərli isə ötən ilin noyabrında xəstəliyi səbəbilə məhkəmə qərarı əsasında həbsdən buraxılıb.

Onu da qeyd edək ki, iş üzrə zərərçəkmiş Maqsud Mirzəyev İlham Əsgərlinin cəzasının azaldılması və onun həbsdən buraxılmasından narazıdır. Bununla əlaqədar o, müxtəlif instansiyalara, o cümlədən prezidentə müraciət edib.

Buna da bax: Peruda 20 dərəcə şaxta düşüb

Peruda 20 dərəcə şaxta düşüb
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG