Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 04:03

'Axı apreldən bütün bunlar pulsuz olmalı idi...'


İcbari tibbi sığorta kimə yar, kimə azar oldu? | icmal-araşdırma
Gözlə

No media source currently available

0:00 0:09:30 0:00

İcbari tibbi sığorta kimə yar, kimə azar oldu? | icmal-araşdırma

Azərbaycanın bütün ərazisi üzrə İcbari tibbi sığortanın tətbiqinin yaxın günlərdə 6 ayı tamam olacaq. Rəsmi məlumatlara görə, ölkə əhalisi İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 min 550 sayda xidmətdən istifadə edə bilər.

Lakin şikayətlər də ara vermir. Bakı sakini K.L. AzadlıqRadiosuna bildirib ki, qeydiyyatda olduğu poliklinikada bir sıra analizlərini verə bilməyib, bəzi analizlər isə ödənişlidir:

"Özəl xəstəxanalara pulum çatmır"

"Adi ALT, AST (Qaraciyərin, ürəyin və eninəzolaqlı əzələlərin zədələnməsinin diaqnostikasında istifadə olunur) analizlərinin olmadığını bildirdilər. Dedilər ki, bu analizləri vermək istəyirəmsə, özəl klinikaya getməliyəm. Ümumi qan analizinə görə isə pul istədilər. Üstəlik də, dedilər ki, İcbari tibbi sığortanın tətbiqi tam başlamayıb. Mən yaşlı, pensioner adamam. Özəl xəstəxanalara pulum çatmır. Axı apreldən bütün bunlar pulsuz olmalı idi".

'Yalan söhbətdi, bütün analizlərə pul aldılar ' - Bakıda icbari tibbi sığorta
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

1542 nömrəli Çağrı Mərkəzi...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildirilib ki, vətəndaşlar bu tipli problemlərlə üzləşsələr, 1542 nömrəli Çağrı Mərkəzinə, internet səhifələrində "Elektron müraciət" bölməsinə üz tuta bilərlər: "İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Tibbi sığorta bütün ölkəni əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə ödəniş etmədən Xidmətlər Zərfinə daxil olan xidmətlərdən yararlana bilirlər".

Qurumdan qeyd ediblər ki, bu ilin 6 ay ərzində ölkə üzrə 2 milyon 74 min 276 vətəndaşa 9 milyon 234 min 527 tibbi xidmət göstərilib: "Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 4 milyon 411 min 676 müraciət daxil olub".

Lənkəranda həkimlər niyə etiraz edirdi?
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

"Köklü islahatlara ehtiyac var"

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, İcbari tibbi sığorta ölkə üzrə 6 aydır işə düşməsinə baxmayaraq, hələ də vətəndaşlar və həkimlər ona tam olaraq etibar etmir: "Sistem hazırda tam gücü ilə işləyə bilmir. Amma yaxşısı odur ki, artıq işə düşüb".

Onun sözlərinə görə, getdikcə bu sistem ölkədə qaydasına düşəcək: "Amma bunun üçün köklü islahatlara ehtiyac var. Kosmetik islahatlarla nəyisə yaxşılığa doğru dəyişmək mümkün olmayacaq".

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 22 il əvvəl qəbul edilib. Ancaq yalnız bu ildən bütün ölkədə tətbiq edilməyə başlanıb.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. O bir də bundan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilməyə başlanmışdı.

XS
SM
MD
LG