Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 11:17

İtaliyada xilasedici vertolyotun qəzaya düşməsi nəticəsində 6 nəfər ölüb


İtaliyada xilasedici vertolyotun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Polisin məlumatına görə,qəza Kampo-Feliçe qış kurortunun yaxınlığında baş verib.

Vertolyot ordan, zədə almış xizəkçini götürməli imiş.

Həmin ərazi bu günlərdə qar uçqunu altında qalmış hotelin olduğu rayonda yerləşir.

Hazırda həmin ərazidə axtarış-xilasedici əməliyyatlar davam etdirilir.

Son məlumata görə, ölənlərin sayı 14 nəfərə çatıb.

Qalan 15 nəfərin taleyi isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, qar uçqunu yanvarın 18-də baş verən zəlzələnin ardınca gəlib.

XS
SM
MD
LG