Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:42

İranda deyilən mərsiyə Azərbaycanda eşidilir


Qum məscidi
Qum məscidi

Bu gün, sentyabrın 20-si səhər saatlarında Astara səhərində mağazalar bağlı idi. Apteklər də işləmirdi. Ancaq taksilərin çoxu pulsuz fəaliyyət göstərirdi. İnsanlar məscidlərə, türbələrə tələsirlər.

Üstəlik, qonşu İran Astarasında səsgücləndiricilərlə deyilən mərsiyənin səsi Azərbaycan Astarasına da gəlib çatırdı.

İranla sərhəddə yerləşən Astara şəhərinin Qum məscidin həyətində qələbəlikdir. Məscidin qapısının ağzında dilənçilər dayanıb. Hər addımda da polislər gözə dəyir. Polis maşını yolun yarısını bağlayıb.

Astara sakini: «Məscidlərdə təhkimçilər var»

Məscidə gələnlərdən biri deyir ki, mərsiyə deməyə qoymurlar: «İcra aparatından gəlmişdilər, tapşırıqlar verdilər. Dedilər ki, səsgücləndirici vasitəsilə mərsiyə demək olmaz. Hər məscidə aparat işçlərindən, məktəb direktorlarından ibarət adamlar təhkim olunublar. Məscidlərdə təhkimçilər var. Sovet dövründə olduğu kimi».

Kişi və qadınlardan ötrü ayrı-ayrı çadırlarda ehsan verilirdi.

Gəzəndaş türbəsi
Gəzəndaş türbəsi

Gəzəndaş türbəsində

Gəzəndaş türbəsində toplaşanların sayı daha çox idi.

Mülkigeyimli adamlar qapıdan içəri keçmək istəyən uşaqların qarşısını kəsirlər. Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da bildirilir ki, Aşura mərasimlərinə uşaqların gətirilməsi yolverilməzdir. Valideynlərə bildirirdilər ki, uşaqlarını geri qaytarsınlar. Uzun mübahisədən sonra uşaqları türbənin həyətinə buraxmalı olurlar.

Ərçivan kəndində yerləşən Məhəmməd Hənəfiyə məscidin həyətində də yüzlərlə adam toplaşmışdı. Deyirlər ki, mərsiyə deməyə ancaq məscidin içində icazə veriblər. Polislər məscidin qarşısından keçən Bakı-Astara yoluna nəzarət edirlər.

Ərçivan kəndinin sakinlərindən biri deyir ki, kənardan dindarların hər işinə müdaxilə edirlər: «Əvvəllər zəncir döyərdilər, mərsiyə deyərdilər, ağlaşma olardı. Deyirlər ki, olmaz».

İranla sərhəddə yerləşən Qapçıməhəllə kənd məscidində və Maşxan kənd türbəsində də adamların toplaşdıqlarını gördük. Yollarda məscidlərə və türbələrə tələsən adamlara rast gəlirdik...

Ehsan verilən yer
Ehsan verilən yer

Xatırlatma

Bu gün, sentyabrın 20-də Azərbaycanda Aşura mərasimləri keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvada Aşura Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının həlak olduğu gün kimi əks edilir.

QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi vacib sayılır. Üstəlik, QMİ Aşura mərasimlərinə məktəbli uşaqların aparılmasını da yolverilməz sayır.

Aşura hicri təqvimində Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir.

«Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG