Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:57

İsraildə yeni hökumət işə başladı


Vəzifədən gedən Prezident Reuvin Rivlin (ortada), Naftali Bennett (solda) və Yair Lapid
Vəzifədən gedən Prezident Reuvin Rivlin (ortada), Naftali Bennett (solda) və Yair Lapid

Netanyahunun köməkçisi Topaz Luk iyunun 14-də deyib ki, keçmiş baş nazir müxalifət lideri kimi “bu təhlükəli və dəhşətli hökumətlə mübarizə aparacaq”

İyunun 14-də İsrailin yeni baş naziri Naftali Bennet vəzifəsinin icrasına başlayıb. Parlament bir gün öncə cüzi fərqlə onun hökumətini təsdiqləyib və Bencamin Netanyahunun 12 il qaldığı vəzifədən gedib.

Bennet iyunun 13-də axşam baş nazir andı içib, bu gün səhər hökumətinin 27 üzvünü Yerusəlimdə Prezident Reuven Rivlinə təqdim edib.

Kabinet üzvləri daha sonra yeni nazirlik təyinatları aparıb, heyətlə görüşüblər.

Geniş alyans

49 yaşlı texnologiya milyonçusu və xüsusi qüvvələrin keçmiş komandiri Bennet ultramillətçi Yamina partiyasına başçılıq edir.

Mərkəzçi Yeş Atid partiyasının lideri Yair Lapid Bennetlə alyans yaratmağa razılaşıb. Alyansa sağ qanad, sol qanad, mərkəzçi və ərəb partiyaları daxildir.

Hakimiyyət bölgüsü sazişinə görə, Bennet 2023-cü ilin sentyabrınadək baş nazir olacaq. O, daha sonra hakimiyyəti iki il müddətinə Lapidə təhvil verməlidir.

Bennet and içəndən sonra ABŞ Prezidenti Co Bayden deyib ki, ölkəsi “İsrailin təhlükəsizliyini tərəddüdsüz dəstəkləyir” və Vaşinqton Bennet hökuməti ilə işləməyə “tam sadiqdir”.

Digər ölkə liderləri Benneti İsrailin 13-cü baş naziri olması münasibətilə təbrik ediblər. Bu sırada Britaniyanın Baş naziri Boris Conson, Hindistanın Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin var.

İranın mövqeyi

İsrailin əzəli düşməni İran isə yeni hökumətin ölkənin xarici və təhlükəsizlik siyasətinə dəyişiklik gətirməyəcəyini bildirib.

“İranın düşmənləri gedirlər, güclü İran isə yerində qalır. Düşünmürəm ki, yeni hökumət İsrailin siyasətinə dəyişiklik etsin”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 14-də deyib.

71 yaşlı Netanyahu son iki ildə dördüncü – 23 mart seçkisindən sonra yeni hökumət formalaşdıra bilməyib. O, Likud partiyasının lideri olaraq qalır.

Netanyahunun köməkçisi Topaz Luk iyunun 14-də deyib ki, keçmiş baş nazir müxalifət lideri kimi “bu təhlükəli və dəhşətli hökumətlə mübarizə aparacaq”.

“O bu təhlükəli hökuməti mümkün qədər tez devirmək üçün motivasiya ilə doludur”, – Luk Netanyahu haqda deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG