Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

İsrail Homsdakı hava bazasını 'vurub'


Suriyanın hava hücumlarından müdafiə qüvvələri İsrail raketlərindən müdafiə olunur, 21 yanvar, 2019
Suriyanın hava hücumlarından müdafiə qüvvələri İsrail raketlərindən müdafiə olunur, 21 yanvar, 2019

Suriya dövlət mediası hökumətin havadan müdafiə qüvvələrinin İsrailin mərkəzi Homs vilayətindəki hava bazasına “təcavüz”ünə cavab verdiyinin bildirir.

T4 hava bazasına hücumun təbiətini və mənşəyini təsdiqlətmək mümkün olmayıb. Xəbəri rəsmi SANA xəbər agentliyi yayıb.

Agentlik hərbi mənbəyə istinadla hava bazasını hədəfə almış iki raketin məhv edildiyini bildirir.

Xəbərdə digər raketlərin “bir əsgəri öldürdüyü, ikisini yaraladığı, silah anbarına ziyan vurduğu” qeyd olunur.

Britaniyada mənzillənən Suriya İnsan Haqları təşkilatı bir suriyalı əsgər daxil olmaqla beş nəfərin öldürüldüyünü xəbər verib. Hücumun raket anbarını dağıtdığı vurğulanır.

Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

Qrupun bildirməsinə görə, T4 bazasında İranın İslam İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri də yerləşir. Bu korpus Suriyada 2011-ci ildən bəri gedən müharibədə Prezident Bashar al-Assad ilə birlikdə savaşıblar.

Suriya hökuməti bundan öncə də İsraili T4 bazasına hücumlarda ittiham edib. Bu baza həm də Tayfur kimi tanınır.

İsrail indiyədək Suriyaya yüzlərlə raket zərbəsi endirib, çoxunu İran və Hizballah hədəflərinə qarşı gerçəkləşdirdiyini bildirib.

İsrail deyir ki, əzəli düşməni İranın Suriyada hərbi baxımdan möhkəmlənməsinə imkan verməyəcək.

***

İsrail Suriya ərazisinə raket zərbələri endirib, ölənlər var

İsrail iyunun 2-nə keçən gecə Suriya ərazilərinə raket zərbələri endirib.

Hədəf, Suriyanın cənub-qərbində yerləşən Kuneytra əyalətindəki obyektlər olub. Reuters itkilər olduğunu xəbər verir.

İsrail ordusu əməliyyatı təsdiqləyib və bununun, Golan yüksəkliklərində İsrailin nəzarətində olan ərazinin, Suriya tərəfdən atəşə tutulmasına cavab olduğunu bildirib.

Məlumata gərə, İsrail Suriya ordusunun artileriya və hava hücumlarından müdafiə bölmələrini, həmçinin müşahidə məntəqələrini vurub.

Suriyanın dövlət mediası 3 Suriya əsgərinin həlak olmasını təsdiqləyib.

Britaniyada məskunlaşan Suriya insan haqları mərkəzinin məlumatına görə isə, əməliyyat zamanı Suriya ilə müttəfiq xarici qüvvələrin 7 əsgəri də həlak olub.

Məlumata görə onlar çox güman ki, iranpərəst qruplardan birinin üzvləridirlər.

İsrail müntəzəm olaraq Suriya ərazisindəki iranpərəst və şiə qruplarının mövqelərinə zərbələr endirir və bunun özünümüdafiə məqsədi ilə edildiyini bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG