Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:35

İran sərhədində maşın növbəsi davam edir


Sərhəddə yük maşınları. 30.01.2020
Sərhəddə yük maşınları. 30.01.2020

Astara sərhəd-keçid məntəqəsinin önündə İrana getmək istəyən yük maşınların uzun növbəsi qalmaqdadır.

İrana keçmək istəyən yük maşınları, əsasən, Rusiyaya məxsusdur. Sürücülərin verdiyi məlumata görə, maşınları İrana buraxırlar, amma növbə davam edir. Rusiyaya məxsus bir yük maşınının sürücüsünün vurğulamasına görə, dünən yanvarın 29-dan növbədədir: ​«Ləng buraxırlar. Deyirlər ki, İranın gömrüyündə yer yoxdur. Bu tərəfdə də terminal maşınlarla doludur. Hələ belə vəziyyət bir-iki gün çəkəcək. Bura yeni-yeni maşınlar da gəlir. İki maşını İrana buraxırlarsa, üç maşın növbəyə qoşulur».

Astara gömrük məntəqəsinin növbətçi hissəsindən bundan əvvəl, yanvarın 27-də bildirmişdilər ki, uzun növbənin yaranmasına səbəb bəzi cərimə olunmuş yük maşınların İrana buraxılmamasıdır.

Məsələyə, hələlik, İran rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Yük maşınlarının növbəsi
Yük maşınlarının növbəsi

İranla sərhəddə kilometrlərlə maşın növbəsi

Astara sərhəd keçid məntəqəsinin önündə İrana getmək istəyən yük maşınlarının böyük növbəsi yaranıb. Avtomobil növbəsinin uzunluğu 2 kilometrə yaxındır. Adının çəkilməsini istəməyən bir sürücü AzadlıqRadiosuna deyib ki, üç gündür növbədədir:

«Maşınların bəzisinin cəriməsi var»

«Hava soyuqdur, əziyyət çəkirik. Maşınların bəzisinin cəriməsi var. Ona görə gecikmələr baş verir. Növbədə olan maşınların əksəriyyəti Rusiyadan gəlib. Onların cəriməsi olmasa da, növbəyə durmaq məcburiyyətindədirlər. İrandan, əsasən, kənd təsərrüfatı məhsulları gətiririk».

Astara Yük Terminalının direktor müavini Rafael Abdullayevin deməsinə görə, son aylarda keçid məntəqəsinin önündə belə problemlər tez-tez yaşanır:

Sərhəddə yük maşınları
Sərhəddə yük maşınları


«Terminalın həyətində 300-dən çox yük maşını dayana bilər. Gömrüyə gedən yol dardır. Özləri bilərəkdən belə şərait yaradıblar. Əvvəllər də cərimələr var idi, bəs onda nə üçün belə növbələr yaranmırdı?».

«Başqa səbəb yoxdur»

Astara gömrük məntəqəsinin növbətçi hissəsindən isə bildirdilər ki, növbənin yaranması radara düşmüş və cərimə olunmuş yük maşınları ilə bağlıdır: «Başqa səbəb yoxdur».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG