Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:36

İrana sanksiyalar qüvvəyə minir - reaksiyalar


Tehranda etirazlar, 4 noyabr, 2018-ci il
Tehranda etirazlar, 4 noyabr, 2018-ci il

Vaşinqton İrana sanksiyaların bu ölkədən neft ixracını sıfıra salmağı hədəflədiyini bildirib və səkkiz ölkəyə müvəqqəti olaraq İrandan idxalı davam etdirməyə icazə verdiyini deyib.

Fox News-a müsahibəsində dövlət katibi Mike Pompeo bu ölkələrin adlarını açıqlamasa da qeyd edib ki, onların “idxalı sıfıra endirməyə daha çox vaxt lazımdır”.

Pompeo altı aydan sonra da həmin ölkələrə istisna müddətinin uzadılacağını çıxdaş etməyib.

TÜRKİYƏYƏ DƏ İCAZƏ VERİLİR

Bloomberg-in yazmasına görə, İran neftinin ən böyük alıcıları olan Çinlə Hindistan səkkiz ölkə sırasındadır. Bundan başqa, Birləşmiş Ştatların Asiyadakı əsas müttəfiqləri Yaponiya və Cənubi Koreyaya, eləcə də Türkiyəyə İran neftinin alışını davam etdirməyə icazə veriləcək. Ancaq yumşalma Avropaya aid deyil.

Mike Pompeo (solda) Cənubi Koreyanın Xarici işlər naziri Kang Kyung-wha ilə, arxiv fotosu
Mike Pompeo (solda) Cənubi Koreyanın Xarici işlər naziri Kang Kyung-wha ilə, arxiv fotosu

“Bu sanksiyaların çox böyük təsiri olub”, – deyən dövlət katibi Trump-ın siyasətinin “sabahdan etibarən maksimum təzyiqə nail olacağını” sözlərinə əlavə edib.

İsrailin Baş naziri Benjamin Netanyahu noyabrın 3-də sanksiyaları bərpa etdiyinə görə Trump-ı alqışlayıb, bunu “tarixi hərəkət” adlandırıb.

“İllər boyu İranın bütün dünyanı hədələyən qatil terrorçu rejiminə qarşı sanksiyalı tam bərpa etməyə çağırırdı”, – Netahyanu bildirib.

Birləşmiş Ştatlar və İsrail Tehran hökumətinə qarşı sərt mövqe tutur.

Noyabrın 4-də Tehrandakı yürüşdə çıxışında İranın İslam İnqilab Keşikçiləri Qvardiyasının başçısı, General Mohammad Ali Jafari deyib ki, İran “bu iqtisadi müharibəni üstələyə bilər və sanksiyalar layihəsinin iflası qaçılmazdır”.

Hassan Rohani, arxiv fotosu
Hassan Rohani, arxiv fotosu

Daha öncə Prezidenti Hassan Rohani iranlıları daha böyük çətinliklərə hazır olmağa çağırmışdı.

Rohani noyabrın 5-də dövlət televiziyasında çıxışında deyib ki, ölkəsi neft satışını davam etdirəcək və sanksiyaları pozacaq.

“Bu gün düşmən (Birləşmiş Ştatlar) iqtisadiyyatımızı hədəfə alır... sanksiyaların əsas hədəfi xalqımızdır”, – Rohani deyib.

Bu, İrana qarşı iqtisadi müharibədir, amma... Amerika öyrənməlidir ki, İranla güc diliylə danışa bilməz... Biz istənilən təzyiqə duruş gətirməyə hazırıq”, – prezident vurğulayıb.

Bu arada İranın dövlət televiziyası ölkənin şimalında ikigünlük hərbi manevrlərə qatılan havadan müdafiə sistemlərinin görüntülərini yayıb.
***

İran 1979-cu ildə ABŞ səfirliyinin zəbt edilməsinin ildönümünü qeyd edir.

Bu münasibətlə paytaxt Tehran və ölkənin digər şəhərlərində nümayişlər keçirilir.

Tehranda nümayişlər
Tehranda nümayişlər

Nümayişçilər “İsrailə ölüb”, “Rədd olsun ABŞ” şüarları səsləndirirlər.

Onlar həmçinin ABŞ və İsrail bayraqlarını, habelə ABŞ prezidenti Donald Trump-ın portretini yandırıblar.

Qeyd edək ki, ABŞ, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdıqdan sonra İranda ABŞ əleyhinə əhval güclənib.

Vaşinqton ötən cümə günü bəyan edib ki, noyabrın 5-dən İrana qarşı bütün sanksiyaları bərpa edəcək.

İranın ali dini lideri Ayatollah Ali Khamenei bu addımı, ABŞ hökumətinin İrana qarşı “ənənəvi düşmənçilik” münasibətinin tərkib hissəsi adlandırıb.

Qeyd edək ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinə əsasən nüvə proqramı üzərində işi dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar ləğv edilmişdi.

Amma ABŞ-la yanaşı həmin sazişə imza atan Böyük Britaniya,Almaniya,Fransa, Rusiya və Çin razılaşmaya sadiq qalacaqlarını deyirlər.

Avropa Birliyi ABŞ-ın sanksiyalarından qaçmaq üçün noyabrın 4-dən barter-mexanizminin işə salındığını açıqlamaq fikrindədir.

Amma bu mexanizm reallıqda gələn ildən işə salınacaq.

Avropa birliyi barter müqavilələrinin imzalanması üçün baş qərərgahın yerləşəcəyi ölkəni hələ ki, tapa bilməyib.

Rusiya ilə Çin Brüsselin bu addımını alqışlayıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG