Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 07:38

İran sərnişin təyyarəsinin vurulmasını etiraf etdi-yenilənib


Tehran yaxınlığında vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinin qalıqları, 8 yanvar 2020

Prezident və xarici işlər nazirinin etiraf və üzr istəməsindən sonra İran İnqilab Keşikçilərinin komandiri Amirali Hajizadeh də aerokosmik bölmənin Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğuna görə 'tam məsuliyyəti' qəbul etdiyini söyləyib.

Yanvarın 11-də keirdiyi xüsusi mətbuat konfransında Amirali Hajizadeh deyib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul edib.

"Hava Hücumundan Müdafiə sistemi yanvarın 7-si axşam saat 9 radələrində, hadisədən bir neçə saat əvvəl İran İnqilab Keşikçilərinin bazasında yerləşdirilib. (sərnişin təyyarəsi yanvarın 8-i erkən səhər saatlarında vurulub). Operator hərəkət edən obyekti görüb. Sistem müdaxilə ilə işləyirdi, şəbəkə məşğul idi və kənardan heç bir təsdiqi yox idi. Bu zaman o 5 saniyə ərzində qərar qəbul etməli idi, təəssüf ki, o səhv seçim edib" deyə general etiraf edib.

Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını bəyan edib.

***

Bir neçə günlük inkardan sonra Tehran Ukraynaya məxsus sərnişin təyyarəsinin yanvarın 8-də İran hərbçiləri tərəfindən vurulduğunu etiraf edib. Belə bir açıqlama yanvarın 11-də İranın dövlət televiziyasında səsləndirilib. Baş qərargahın verdiyi bu açıqlamada hadisənin "insan səhvi" üzündən baş verdiyi qeyd edilir. Bildirilir ki, hərbçilər sərnişin təyyarəsini İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) "gizli hərbi mərkəzi" nə yönələn "düşmən təyyarəsi" hesab ediblər. Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını vurğulayır.

İran prezidenti Hassan Rouhani və Xarici İşlər naziri Mohammad Javad Zarif baş verən hadisəyə görə, üzr istəyiblər.

"Xalqımıza, bütün qurbanların ailələrinə, bütün digər dövlətlərə dərin hüznlə, üzr və başsağlığı veririk."

Bununla yanaşı iranlı nazir baş verənlərə görə ABŞ-ın məsuliyyət daşıdığını deyib.

"Çox kədərli bir gündür" deyən Zərif Tvitterdə yazıb: "Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələri: ABŞ avantürizminin yaratdığı böhran zamanı insan səhvi faciəyə səbəb oldu."

Xatırlatma

Ukrayna Beynəlxalq Hava Yollarının müntəzəm PS 52 Tehran-Kiyev reysi ilə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədəki 176 nəfərin hamısı həlak olub.

Həlak olanların 82 nəfəri İran, 57 nəfəri Kanada vətəndaşları olub. Ölənlərin arasında Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətənsdaşları da var.

Ukrayna aviaşirkəti bildirir ki, təyyarə 2016-cı ildə istismara verilmişdi və texniki baxımdan saz idi.

"TOR-M1", arxiv foto
"TOR-M1", arxiv foto

İranın bu açıqlamalarından əvvəl Qərb ekspert və siyasətçiləri təyyarənin Rusya istehsalı olan "Tor-M1" zenit-raket sistemindən atılan raketlə vurulduğunu iddia edirdilər. Bu, 6 ildə ikinci dəfə mülki təyyarənin Rusiya istehsalı olan bir raket tərəfindən vurulduqdan sonra qəzaya uğramasıdır.

Multimedia

XS
SM
MD
LG