Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:58

İranla sərhəddə yük maşınlarının hərəkəti bərpa olunub


Astara gömrüyündə yük maşınları

Azərbaycanla İran sərhədində maşınların hərəkəti bərpa olunub.

Dekabrın 17-də səhər saatlarında Astara keçid məntəqəsinin önündə hər hansı yük maşınlarının növbəsi olmayıb.

16.12.2019

İran sərhədində maşınların növbəsi yaranıb

Azərbaycanla İran sərhədində avtomobillərin uzun növbəsi yaranıb.

Dünən, dekabrın 15-dən yük maşınlarının İrana keçə bilmədiyi bildirilir. Astara gömrüyünün önündə Azərbaycana, Rusiyaya, İrana və başqa ölkələrə məxsus yük maşınların böyük növbəsi mövcuddur.

Rusiyadan olan bir sürücünün deməsinə görə, iki gün ərzində maşınlar bir adım da olsun irəli getməyib. Onun söyləməsinə görə, maşınların buraxılmamasının səbəbi barədə heç kim danışmır.

«Havalar soyuqdur. Normal yata bilmirik. Elə maşınlar var ki, geri qayıdırlar. Nə qazansaq, burada itirəcəyik», - o qeyd edib.

Yük maşınlarının növbəsi
Yük maşınlarının növbəsi

«Onların kompüteri xarab olub»

Astara gömrük məntəqəsinin növbətçi hissəsindən bildiriblər ki, yük maşınlarını İran tərəfi buraxmır: «Onların kompüteri xarab olub».

Məsələyə, hələlik, İranın və Azərbaycanın gömrük qurumlarının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG