Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

 Əli Xameney koronavirusla bağlı fətva verib


İranın ali dini lideri Əli Xameney koronavirusla bağlı fətva verib, bildirib ki, ehtiyac olmadığı halda insanlar səyahət etməkdən çəkinsinlər.

Təkcə martın 17-də İranda koronavirusdan ölüm halı 13 faiz artıb.

Beləliklə, İranda ölənlərin sayı 988 nəfərə çatıb.

Bundan əvvəl rəsmilər ölkədə durumun təhlükəli olduğunu demirdilər.

Dövlət Televiziyasının aparıcısı Dr.Afruz İslami isə Tehranın nüfuzlu Şərif Texnologiya Universitetinin araşdırmasına istinadla deyib ki, əgər insanlar qaydalara əməl etsələr, virus yayılması bitənə qədər İranda 120000 nəfər yoluxacaq və bunun 12 mini ölümlə nəticələnəcək.

O bildirib ki, ən pis halda 4 milyon yoluxma baş verəcək, 3,5 milyon adam öləcək.

XS
SM
MD
LG