Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:37

İqtisadçı: 'Bahalıq əməkhaqqı artımını heçə endirir'


N.Əliyev
N.Əliyev

«Azərbaycana idxal edilən malların həcmi narahatedici dərəcədə artıb. Narahatlıq həm qiymət bahalığı, həm də ölkənin daxili əmtəə bazarı ilə bağlıdır».

Bunu AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev deyib.

N.Əliyev hesab edir ki, bu proses davam edəcək. Onun fikrincə, bu hal Azərbaycanın daxili bazarında 15 faizdən çox bahalaşma yaradıb: «Orta əməkhqqında 7-8 faizlik artım var. Sentyabr-oktyabr aylarında minimum əməkhaqqının, pensiyaların minimum həddinin artması gözlənilir. Amma bəri başdan idxalın yaratdığı 15 faizlik bahalıq həmin artımın nəticəsini heçə endirir. Əgər gəlirlər bahalıq tempini üstələyə bilmirsə, deməli, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqqında danışmaq yersiz və absurddur».

Bazarda bahaçılıqdır- Baki sakinləri qiymətlər haqda
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

N.Əliyev deyib ki, hələ bu 15 faizlik rəqəmə xidmət xərcləri daxil deyil. Onun fikrincə, keçən ildən bu yana xidmət sahəsində təqribən 18 faizlik bahalaşma baş verib

İqtisadçı vurğulayıb ki, keçən il ilə müqayisədə bu il xüsusilə kartofun, soğanın, pomidorun və başqa gündəlik tələbat mallarının qiymətlində artım var. Onun hesablamalarına görə, buğda və arpanın qiymətlərində də artım müşahidə edilir.

N.Əliyevin deməsinə görə, hökumət belə halları görməzdən gəlir və bahalığın baş verməsi səbəbləri üzərində işləmir.

Ölkədə bahalaşmanın səbəblərinə gəlincə, N.Əliyev deyib ki, burada müxtəlif amillərin rolu ola bilər, amma heç bir halda inhisar gözdən qaçmamalıdır: «Məhz inhisar gündəlik tələbat mallarının qiymətlərinin ucuzlaşmasına imkan vermir».

Xatırlatma

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayında Azərbaycanın xarici ticarətində 2.963 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə təqribən 25 faiz azdır.

Bu ilin sentyabrından ölkədə minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılacaq. Bundan başqa, bəzi dövlət qurumlarında çalışanların da əmək haqlarının təqribən 40 faiz artırılması nəzərdə tutulur.

Rəsmi açıqlamaya görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 3 faiz civarında olub. Bu il də inflyasiyanın artmadığı açıqlanıb. Müstəqil və müxalif iqtisadçılar bu rəqəmlərə şübhə bəsləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG