Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:07

İmişlidə banka borclu olanların aksiyası


Banka borcu olanlar
Banka borcu olanlar

Danışıqlardan sonra aksiya dayandırılıb

«Biz İmişlidə başladığımız etiraz aksiyasını danışıq yolu ilə dayandırdıq».

Bunu AzadlıqRadiosuna şikayətçilərdən biri-Vüqar Qədirov deyib: «Polis rəisinin otağında icra rəsmiləri ilə söhbət oldu. Bizə söz verildi ki, şəxsən özləri ədliyyə nazirinə məlumat edəcəklər. Problemin çözülməsi üçün bizdən bir həftə möhlət istənildi. Dedilər ki, bu problemlə üzləşən şəxslərin siyahısını tutaq, sənədlərini təqdim edək. Buna görə biz də aclığı dayandırdıq. Əgər sözlərinin üstündə durmasalar, yenə aksiya məsələsini gündəmə gətirəcəyik».

Ancaq bu deyilənlərə, hələlik, İmişli Rayon İcra Hakimiyyəti və polis şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Banka borcunu qaytara bilməyənlərin borcunun silinməsinə necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

+++

Noyabrın 30-da əsasən müharibə veteranı və əlili olan bir qrup İmişli sakini rayon mərkəzində yerləşən «Ədliyyə evi» qarşısında toplaşaraq aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar banklara olan borclarının tutulması ilə bağlı barələrində çıxarılmış məhkəmə qərarlarının icrasından narazı olduqlarını deyirlər.

Bu barədə AzadlıqRadiosuna etirazçıların özləri məlumat verib.

«İmişli rayon icra və probasiya şöbəsi eyni vaxtda həm əsas borcludan, həm də zamindən pul tutur, yaxud əmlakımız üzərinə həbs qoyub. Aylıq gəlirimiz bütünlüklə əlimizdən çıxır, adamlar üz-üzə qoyulub. Bizi faktiki olaraq ac qoyublar, indi bura toplaşmaqla bunu rəsmi olaraq bəyan edirik»,- etirazçılardan biri bildirib.

Aldığımız son məlumata görə, polis etirazçıları inzibati binanın önündən kənarlaşdırıb. Onların nümayəndəsi isə yerli icra və hüquq-mühafizə orqanları ilə danışıq aparmaqdan ötrü polis idarəsinə dəvət edilib.

Bir müddət öncə İmişli Rayon İcra və Probasiya Şöbəsindən isə eyni şikayətlərlə bağlı bildirmişdilər ki, onlar hər hansı qanunsuzluqlara yol vermirlər. Qurumdan bildirildiyinə görə, hətta qanun çərçivəsində borclulara güzəşt də edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG