Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:19

Vəkilləri İlkin Süleymanovun tibbi ekspertizadan keçirilməsini istəyirlər


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovla bağlı araşdırmalar Bakıda - Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılır. İ.Süleymanov həbs qərarından şikayətinə məhkəmədə baxılarkən işgəncəyə məruz qalmasından şikayətlənmişdi deyə, onun müdafiəçiləri bu məsələ ilə əlaqədar araşdırma aparılmasını tələb edirlər.

Müdafiə tərəfinin bildirdiyinə görə, İ.Süleymanov məhkəmədə üzərindəki xəsarət izlərini də göstərmişdi. Ona görə də vəkillər onun tibbi ekspertizadan keçirilməsi barədə istintaq qarşısında vəsatət qaldırıb. Bu barədə AzadlıqRadiosuna İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov danışıb. O bildirib ki, vəsatəti yanvarın sonunda təqdim ediblər, amma hələ ki, nəticəsi barədə məlumatları yoxdur.

İ.Süleymanovun həbsdə olduğu müddətdə ailə üzvləriylə nə görüşdüyü, nə də telefonla danışdığı bildirilir. Onun digər vəkili Əlibaba Rzayev AzadlıqRadiosuna bunu təsdiqləyib. Amma vəkil deyir ki, İ.Süleymanov özü telefon danışığı və görüş hüququndan istifadə etməyə cəhd göstərməyib.

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

İşgəncə iddiası ilə əlaqədar ayrıca məhkəməyə şikayət vermədiklərini deyən Ə.Rzayev qeyd edir ki, əsas gücü İ.Süleymanovun günahsızlığını təsdiqləyən sübutların toplanmasına yönəldiblər: «Zamanı gələndə sübutlarımızı ortaya qoyacağıq».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, həbsdə saxlanılan şəxslərin telefon danışığı və görüş hüququ qanunda nəzərə tutulub: «Qanunun bu tələbinə də ciddi riayət olunur. Kimliyindən, hansı əməli törətməsindən asılı olmayaraq, bu hüququ məhdudlaşdırılmır».

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq, Nərminin qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

CM-in 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunan 47-yaşlı İ.Süleymanovun haqqında ilkin istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. Bu qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Yanvarın 23-də sözügedən şikayətə baxılanda İ.Süleymanov bildirib ki, cinayəti o törətməyib. İddia edib ki, işgəncələrə dözməyib, bu üzdən etiraf ifadəsinə imza atıb.

Baş Prokurorluq isə İ.Süleymanovun işgəncəyə məruz qalması barədə iddiaları təkzib edib.

İ.Süleymanovun ittiham olunduğu CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG