Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:40

Prezidentin gənclərə dedikləri... 


Bakıda Gənclər Günü tədbiri, 1 fevral 2019

“Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq...”
Bunu prezident İlham Əliyüv fevrallın 1-də Azərbaycan Gəncləri Günü-nə ( hər il fevralın 2-də Azərbaycanda rəsmi qaydada Gənclər Günü qeyd edilir) həsr olunmuş respublika toplantısında bildirib.

Prezident öz gənclik dövrü barədə

Prezident gənclərə öz gənclik çağlarından da danışıb. O, 1977-ci ildən 1990-cı ilə kimi Moskva həyatından, tələbəlik, müəllimlik dövründən bəhs edib.

İlham Əliyev daha sonra 1990-cı ilin 20 yanvar hadisələrinə (1990-ci il yanvarın 20-da SSRİ Silahlı Qüvvələri Bakıya müdaxilə edib. 130-dan çox dinc sakin qətlə yetirilib, 700-dən çox şəxs isə yaralanıb-R) və atası Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirməsinə toxunub. “Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı...” dövlət başçısı vurğulayıb.

İlham Əliyev, 1 fevral 2019
İlham Əliyev, 1 fevral 2019

Prezident daha sonra təzyiqlərdən danışıb:

“... Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz”.

Onun sözlərinə görə, bir neçə ay işsiz qalıb:

“Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü”

Prezident, daha sonra biznes faəliyyəti ilə məşğul olduğunu qeyd edib.

Prezidentin təhsil haqqında dedikləri

Bakıda Gənclər Günü tədbiri, 1 fevral 2019
Bakıda Gənclər Günü tədbiri, 1 fevral 2019

Prezident gənclərə təhsillə bağlı öz tövsiyəsini verib:

“Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir”.

Dövlət başçısı gənclərə peşəkar olmaq və milli dəyərlərə sadiq qalmaq tövsiyəsini də verib.

Qarabağ münaqişəsi

İşğal altında olan Şuşa şəhərindən görüntü, 25 mart 2014
İşğal altında olan Şuşa şəhərindən görüntü, 25 mart 2014

Dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsi-nə də toxunub:

“Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.”

Bir daha 1992-1993-cü illlər haqqında

İ.Əliyev bir çox çıxışlarında olduğu kimi bu dəfə də 1992-93-cü illərə qayıdıb:

“Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı…”

Azadlıq meydanı, 1988-89
Azadlıq meydanı, 1988-89

​Müxalifət nə deyir?

Qeyd edilən dövr hakimiyyətdə, hazırda müxalifətdə olan siyasi qüvvələr isə əksinə prezidenti yaxın keçmişlə bağlı həqiqətləri təhrif etməkdə günahlandırırlar. Onlar deyir ki,Azərbaycan Xalq Cəbhəsi (AXC)-Müsavat hakimiyyəti dövründə ölkənin yalnız bir- Kəlbəcər rayonu işğal edilib. Müxalif qüvvələrin bildirməsinə görə, Qarabağ ətrafı rayonlardan 5-i məhz Heydər Əliyevin hakimiyyəti dövründə işğal edilib.

Üstəlik, bir sıra müxalifət qüvvələri hakimiyyətin özünü korrpsiyada ittiham edirlər. Hətta, bu günlər Milli Şuranın sədri Cəmil Həsənli demişdi ki, indi ölkədə “korrupsiya siyasəti cövlan edir”.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG