Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Prezident İlham Əliyev Qazaxıstana gedib


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək məqsədi ilə Qazaxıstanın Aktau şəhərinə gedib.

AZƏRTAC xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında onu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Dünən, avqustun 11-dən isə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Qazaxıstanın Aktau şəhərində bir araya gəliblər.

Toplantıda Azərbaycan xarici işlər naziri E. Məmmədyarov da iştirak edir.

Yayılan məlumata görə, Aktau sammitinin gündəliyində üç əsas məsələ durur. Xəzər dənizinin hüquqi statusu, bu bölgədə əməkdaşlıq məsələləri. Bu çərçivədə iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması və təhlükəsizlik mövzuları da diqqət mərkəzindədir.

Sammitin sonuncu müzakirə mövzusu regional və qlobal beynəlxalq məsələlərdir.

Sammitin yekunlarına əsasən yeni sənədin - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması planlaşdırılır. Sözü gedən Konvensiyasnın layihəsi 2017-ci il dekabrın 4-ü və 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində razılaşdırılıb.

Xatırlatma

Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə-Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında danışıqlar gedir.Danışıqlar 20 il bundan öncə başlamışdı.

XS
SM
MD
LG