Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:14

İlham Əliyev: ‘Bu müxalifətin hansı hörmətə malik olduğunu göstərir’


İlham Əliyev və Angela Merkel, arxiv foto
İlham Əliyev və Angela Merkel, arxiv foto

Avqustun 25-də prezident İlham Əliyevlə Azərbaycanda səfərdə olan Almaniya kansleri Angela Merkelin Bakıda birgə mətbuat konfransında onlara bir sıra suallar verilib.

Konfransda “Deutsche Welle” nəşrinin jurnalisti Mixaela Küfner-in prezident İlham Əliyevə sualı diqqət çəkib.

Jurnalist xatırladıb ki, bu yaxınlarda müxalifət liderindən İlqar Məmmədov azadlığa buraxılıb.

“ Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə Avropa Şurası sizi tənqid edir... Söhbət zamanı Alman kansleri bu konkret hallarla bağlı sizinlə danışdımı?"

Buna da bax: İ.Əliyevə sual: "Merkellə, həbsdəki jurnalistləri müzakirə etdizmi?"​

AZƏRTAC-ın xəbərinə görə, ölkə başçısı belə cavab verib:

“ Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər. Bu il prezident seçkiləri keçirildi. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirdi - azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur. Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq”.

A.Merkel: “Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var”

Kansler Angelə Merkelin jurnalistin “Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz. Bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu kontekstdə siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz?”sualına isə belə cavab verib:

“Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın. Buməsələləri biz bu gün ətraflı müzakirə etdik, standartlarımız həmişə eynidir,...”.

Xatırlatma

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.O, dünən, avqustun 25-də Azərbaycana gəlib.Əvvəlcə iki ölkənin nümayəndə heyətinin iştirakı ilə A. Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG