Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:30

İlham Əliyev and içib


İ.Əliyev
İ.Əliyev

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, prezident İlham Əliyevin bu gün, aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və prezidentin ailə üzvləri iştirak edirlər.

Xəbərdə bildirilir ki, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan dövlət bayrağını və prezidentin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriliblər.

***Buna da bax-Seçki bitdi: Yenə tutulan olacaq?

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və hakimlər səhnəyə dəvət olunublar.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev çıxış edib. O deyib ki, Konstitusiya Məhkəməsi aprelin 17-də prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan prezidenti elan edib

Daha sonra prezident İ.Əliyev əlini Azərbaycan Konstitusiyasının üzərinə qoyaraq and içib.

Bu seçkinin ölkədə nəyi dəyişməsini istərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

«Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm», - deyə o, andında söyləyib.

***Buna da bax-Xarici siyasətdə dəyişiklik 'mümkündür'

Sonra prezident müsəlmanların müqəddəs kitabı- Qurani-Şərifə əl basaraq and içib: «Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam».

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Halbuki, seçki bu ilin oktyabrında keçirilməli idi. Hakimiyyət sözçüləri seçkinin vaxtının 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və başqa beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah ediblər.

Aprelin 15-də MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

ATƏT-in konfransında qalmaqal
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edib. Orada seçkilərin azad və ədalətli keçirilməsi ilə bağlı rəy verilib.

İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

MSK və Konstitusiya Məhkəməsindən fərqli olaraq, müxalif Müsavat Partiyası və Milli Şura seçkinin nəticəsini tanımadığını açıqlayıb.

***Buna da bax-Beynəlxalq müşahidəçilərin ilkin rəyi hakimiyyəti niyə qəzəbləndirdi

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

Bu, İ.Əliyevin Azərbaycanda prezident seçkilərində 4-cü dəfə qələbə qazanmasıdır. O, bundan əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qələbə çalıb.

2009-cu il ölkə Konstitusiyasına edilən dəyişiklik onun müddətsiz prezident seçilməsinə imkan yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG