Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:11

Daha 5 idmançı dopinq-testə görə cəza alıb


arxiv foto
arxiv foto

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, cəza alanlar güləşçilər Azər Hüseynov və Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanovdur.

Adları sadalanan idmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğunun təsbit edildiyi bildirilir.

Əbdüləzimovun orqanizmindən furosemid maddəsinin tapıldığı deyilir. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib və gələn il iyulun 30-da bitəcək.

Qəhrəmanovdan meldonium və tuaminoheptanın üzə çıxdığı qeyd olunur və o, 24 aylıq cəzalandırılıb. Onun cəzası 2019-cu ilin iyulunda başa çatacaq.

AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

XS
SM
MD
LG