Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:15

İcra başçısı vətəndaşı it saxlamağa görə məhkəməyə verib


İt

Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov Mərdəkan qəsəbəsində yaşayan Eldar Mansurovu məhkəməyə verib. Səbəb isə vətəndaşın çoxlu it saxlamasıdır. İcra başçısının iddia ərizəsinə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.

İcra başçısı məhkəməyə ərizəsində yazır ki, E.Mansurovun 300-ə qədər it saxlaması ətrafda yaşayan qonşuları narazı salıb. Ətrafda yaşayanlar müxtəlif dövlət orqanlarına, o cümlədən Xəzər Rayon İcra Hakimiyyətinə də şikayət ediblər. G.İslamovun sözlərinə görə, ona xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib. Bundan sonra E.Mansurov inzibati qaydada cəzalandırılıb.

«Eldar Mansurov qanunsuz olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş saydan artıq ev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsi ilə onun haqqında inzibati xəta protokolu tərtib olunub», – icra başçısı iddia ərizəsində belə yazır.

İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsində it və pişiklərin müəyyənləşdirilmiş saydan artıq saxlanmasına görə 200 manat cərimə nəzərdə tutulub.

İcra başçısı iddia ərizəsində məhkəmədən itlərin yaşayış sahəsindən çıxarılmasıyla yanaşı, həm də E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

XS
SM
MD
LG