Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ABŞ deyir ki, Rusiya ‘qadağan raketlərin’ yerləşdirilməsini artırıb


General John Hyten (solda)
General John Hyten (solda)

ABŞ nüvə qüvvələrinin komandanı bəyan edib ki, Rusiya Vaşinqtonun nəzərində Soyuq müharibə dövrünə dair müqavilərləri pozan ballistik raketlərin yerləşdirilməsini artırıb.

Martın 20-də general John Hyten-in verdiyi bu bəyanatdan əvvəl Vaşinqton Moskvanı 1987-ci ilin Ortamənzilli Raketlərə dair Müqaviləsini pozmaqda ittiham edirdi.

Bu müqaviləni pozmaqda ilk dəfə 2014-cü ildə ittiham edilən Rusiya indiyədək bu ittihamları dəfələrlə rədd edib. Moskva, əksinə iddia edirdi ki, ABŞ-ın özü sovet zəmanəsində imzalanmış sazişdən praktik olaraq çıxıb.

Ötən il ABŞ hərbiyyəsi bəyan etmişdi ki, Rusiya sözü gedən raket tiplərinin yerləşdirilməsinə başlayıb.

Bununla belə ABŞ rəsmiləri deyirlər ki, son vaxtlarda Moskva ittihamları qətiyyətlə rədd etmək taktikasını - danışıqlara hazır olduğunu bildirmək taktikasına dəyişib.

Hyten Senatın Silahlı Qüvvələr Komitəsində respublikaçı Deb Fischer-in “Rusiya ballistik raketlərin istehsalını və yerləşdirilməsini artırıbmı” sualına “bəli” cavabını verib.

İngiliscə qısaldılmış adı INF (Intermediate-Range Nuclear Forces treaty) kimi tanınan bu müqavilə Avropada bütün yerdən atılan ortamənzilli və qitələrarası ballistik raketlərin yerləşdirilməsini qadağan edir.

Müqavilə uzun müddət Moskva və Vaşinqton arasında silahlara nəzarətə dair razılaşmaların bel sütununu təşkil edib.

ABŞ kəşfiyyatı Rusiyanın yeni raketləri sınaqdan keçirməsinə dair məlumatları 2000-ci illərin əvvəllərindən xəbər versə də, ABŞ rəsmi ittihamını yalnız 2014-cü ildə Barack Obamanın administrasiyası tərəfindən səsləndirib.

Respublikaçılar ABŞ-ın yeni yer əsaslı raketlərinin tikintisinə 60 milyon dollar ayrılmasına çağırıblar.

ABŞ hərbi ekspertləri düşünürlər ki, Rusiya mühəndisləri müqavilənin qadağanından yayınmaq üçün yeni raketlərin dizaynına düzəliş ediblər. Bu, qadağan edilmiş silahları qadağan edilməmiş silahların “gözünə qatmağa” imkan verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG