Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:46

Keçmiş polis rəisi müavininə dələduzluğa görə 7 il həbs


Polis
Polis

Şamaxı rayon Polis Şöbəsinin sabiq rəis müavini Hüseyn Muradxanova 7 il həbs cəzası kəsildi. Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, polis polkovniki özünü subay göstərib dələduzluq etməkdə suçlu sayılıb. Onun zərərçəkmiş Dürdanə Vəkilovaya 180 min manat ziyan vurduğu iddia olunur.

Vəkilova illər öncə Muradxanova məxsus obyekti alıb. 2016-cı ildə polis polkovnikinin həyat yoldaşı Məlakə Muradxanova onunla boşanıb. Ardınca sözügedən əmlaka dair alqı-satqı müqaviləsinin ləğvi üçün şikayət verib. Keçmiş xanımı iddia edib ki, əmlakın satışından onun xəbəri olmayıb. Əmlak onun razılığı olmadan satıldığına görə müqavilə etibarsız hesab olunmalıdır. Onun şikayəti təmin edilib və müqavilə ləğv olunub.

Bundan sonra Vəkilova polis polkovnikindən şikayətçi olub. Bu şikayətdən sonra Muradxanov haqqında cinayət işi başlanıb.

Texniki səhv...

Alqı-satqı zamanı Muradxanovun şəxsiyyət vəsiqəsində o, subay göstərildiyinə görə müqavilə bağlananda onun həyat yoldaşının razılıq ərizəsinə ehtiyac duyulmayıb. Çünki şəxs rəsmi nikahdadırsa, daşınmaz əmlakı satanda onun həyat yoldaşının da razılığı tələb olunur. Yaxud da həmin əmlakın rəsmi nikahdan öncə əldə olunduğunu, bağışlandığını təsdiqləyən sübutlar olmalıdır.

Muradxanov məhkəmədə bildirib ki, özünü bilərəkdən subay təqdim etməyib, sadəcə, şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Sonradan özü də səhlənkarlıq edib, şəxsiyyət vəsiqəsini dəyişmək üçün lazımi addım atmayıb.

Sözügedən qeyri-yaşayış sahəsinin ona atasından qaldığını deyən Muradxanovun sözlərinə görə, bu əmlakın keçmiş həyat yoldaşına aidiyyəti olmayıb. O vurğulayıb ki, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə diqqət yetirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG