Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Hüseyn Məlik azadlıqda


Hüseyn Məlik
Hüseyn Məlik

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlik dekabrın 29-da azad edilib.

Hüseyn Məlik dekabrın 4-də saxlanılmışdı. Bir gün sonra İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılaraq ona 25 sutka həbs olunmuşdu.

O, AzadliqRadiosuna deyib ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham irəli sürülməsi əsassızdır:

“Çünki məni gecə qapımı sındırıb yataqdan aparıblar və polisdə deyiblər ki, “Facebook”da İlham Əliyev haqda yazdığın sərt statuslara görə həbs olunmusan. Ona görə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyəm”.

O bildirib ki, telefonuna müdaxilə edildiyindən "Facebook"a daxil ola bilmir: "Kodlarımı dəyişiblər".

Hüseyn Məlik Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsi-ndə ona təzyiq olmadığını söyləyib.

Onu bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, insanların tənqidi baxıçlarına görə, təqib edilmələri ilə bağlı şikayətlər əsassızdır.

H.Məlikin üzvü olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatını başda iqtisadçı Qubad İbadoğlu olmaqla, 2014-cü ilin dekabrında Müsavat Partiyasının bir qrup keçmiş üzvü yaradıb.

XS
SM
MD
LG