Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:01

Vəkillər Kollegiyasından şikayətə Ali Məhkəmədə baxılacaq


Yalçın İmanov

Hüquqşünas Yalçın İmanovun Vəkillər Kollegiyasından şikayətinə Ali Məhkəmədə baxılacaq.

Bu haqda vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanovun özü məlumat verib.

O, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Yalçın İmanovun bildirməsinə görə, kassasiya şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı qarşılıqlı iddiasının icraata götürülməsini istəyib.

Şikayət artıq icraata götürülüb. Şikayətə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə avqustun 29-da baxılacaq.

Xatırlatma

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə yekun qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Həmin qərara səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatınaəsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalması haqqında şikayətini çatdırmışdı. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

Nardaran məhbusu A.Hüseynov Penitensiar Xidmətin şöbə rəisi, Ombudsman Aparatının nümayəndələri ilə görüşündə də onlara işgəncəyə məruz qalması haqda yazılı izahat verib.

Kollegiyanın qərarına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılır. Həmin məhkəmədə baxış zamanı Y.İmanovun işin yaşadığı, işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatətinin və Rəyasət Heyətinin ötən il verdiyiqərarının ləğvi barədə qarşılıqlı iddiasının icraata götürülməməsi barədə qərardadlar qəbul edilib.

Yalçın İmanovun həmin qərardadlardan şikayətini Gəncə Apellyasiya Məhkəməsi də rədd edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG