Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:46

Gizli agentlərin adlarını mediada niyə çəkmək olmaz? [video]


Açıqlanan agent adları - Kim məsuliyyət daşıyır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Açıqlanan agent adları - Kim məsuliyyət daşıyır? [A-Live]

Xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edən agentlərin adlarını mediada yaymaq dövlət sirrini pozmaqdırmı?

Dövlət Təhlükəsizlik Xidmətinin mayın 15-də yaydığı məlumata görə bəli.

Məlumatda deyilir ki, son günlər bəzi saytlarda keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında xəbərlər yayılıb. Xidmət bu hadisə ilə bağlı araşdırmalara başlayacaq.

Buna da bax:​ ‘‘Casusların’ ifşası rüsvayçılıq və hakimiyyətin çökməsidir...’

Amma xidmət xəbərdarlıq da edir. Deyir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla gizli əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirridir. Belə məlumatların yayılması cinayət məsuliyyəti yaradır.

Mətbuatda müzakirə mövzulardan biri də məxfi əməkdaşlığa cəlb edilən şəxslərin adları ilə yanaşı, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin onlara ödədiyi iddia olunan pulların məbləğidir.

Həbsdə olan sabiq MTN generallarına həmin vəsaitlərin mənimsənilməsi haqda ittiham verilib.

Təkcə elə MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevin işində 7 milyon 700 minlik yeyintidən söhbət gedir.

Buna da bax: MTN-nin agenturaya ayırdığı pullar

İddia olunur ki, Maliyyə İdarəsindən, əməliyyat xərcləri və agentlərə, informasiya ötürən etibarlı şəxslərə ödəniş adıyla nazirlikdən götürülmüş vəsait mənimsənilib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, ümumiyyətlə dövlət sirri haqqında qanuna görə, dövlət sirrini ona sahib olan dövlət orqanı özü qorumalıdır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Buna birbaşa dövlət sirri kimə tapşırılmışdısa, o, məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 284-cü maddəsində dövlət sirrini yaymağa görə məsuliyyəti yalnız dövlət sirri ilə işləməyə buraxılan şəxs, dövlət sirrini yaradan və qorumalı olan şəxs və dövlət sirri işinə görə məlum olan şəxslər daşıyır. İndiki halda, dövlət sirrini qorumalı olan şəxs müstəntiq və ya prokurordur".

Buna da bax:​ Akif Çovdarov: 'Agenturayla bağlı ad çəksəm...'

Amma Ələsgər Məmmədli həm də o məqama diqqət diqqəti çəkir ki, “Dövlət sirri haqqında qanun”un 7-ci maddəsinə görə, hüquq pozuntularına dair informasiyalar dövlət sirri ola bilməz. Yəni, əgər sonrakı prosesdə korrupsiya, rüşvət üzə çıxırsa və ya milli təhlükəsizlik məqsədlərinin kənara qoyulub, dövlət resursundan hansısa fəalları təqib etmək üçün istifadə olunması üzə çıxırsa, bu faktlar dövlət sirri hesab olunmur.

Bəs bəzi xəbər saytlarında kod adların yozulması necə? Ələsgər Məmmədli istisna etmir ki, bu da informasiya sahiblərinin sızdırması ola bilər.

Keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər deyir ki, sızdırılmanın qarşısını almaq olardı:

Buna da bax:​ Vətənə xəyanətdə ittiham olunanlar

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

“Əgər hansısa qanun pozuntusu varsa belə, bu məhkəmə gizli keçirilə bilərdi, bununla da həmin şəxslərin adının geniş ictimaiyyətə açıqlanmasının qarşısını almaq olardı və o halda bu qədər ziyan dəyməzdi. İndiki halda məlumatların açıqlanmasının məqsədli olub və ya kompensasiya çatışmazlığından ortaya çıxdığını araşdırmalar sübut edəcək”.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksək rütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG