Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 14:39

Azərbaycanda minlərlə "süzgəc" şirkət var


►Azərbaycanda qeydə alınmış hüquqi şəxslərin sayı 100 mini aşıb

Bu ilin əvvəlinə Azərbaycanda qeydə alınmış hüquqi şəxslərin sayı 100 mini aşıb. Təkcə ötən il ölkədə 6 min 266 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılsa da, bu, hələ onların işləməsi anlamına gəlmir.

Cəmi 40 min hüquqi şəxs fəaliyyət göstərir

Dövlət Statistika Komitəsində (DSK) AzadlıqRadiosuna deyiblər ki, qeydə alınmış hüquqi şəxslərin cəmi 40 minə yaxını fəaliyyət göstərir. Bu zaman qeydiyyatdakı 10 min 600 müəssisə və təşkilatın dövlət mülkiyyətində olduğunu da nəzərə almaq lazımdır. Hüquqi şəxslər sırasına 1700-dək bələdiyyə və onların kommersiya qurumları da daxildir.

Bunları gözə alanda, belə çıxır ki, 2016-cı ilin əvvəlinə sayı 88 minə çatan kommersiya şirkətlərinin böyük bir hissəsi qapısıbağlı qalıb.

Buna da bax: Azərbaycan "ən yaxşı ölkələr" siyahısında

“Süzgəc” rolu oynayan “kağız” şirkətlər var

Bir çox şirkət də yalnız kağız üzərində mövcuddur. Mətbuatda gedən və rəsmən təkzib olunmayan yazılara görə, yeni yaradılan bir çox şirkət gömrük əməliyyatları və dövlət satınalmalarında pulların nağdlaşdırılması üçün “süzgəc” rolu oynayır.

2016-cı il yanvarın əvvəlinə olan məlumata görə, ölkədə 577 min fərdi sahibkar var. Təkcə ötən il hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olmaq məqsədilə 71 minə yaxın subyekt qeydə alınıb. Bununla belə, 577 min fərdi sahibkarın az bir hissəsi - 200 minə yaxını fəaliyyətdədir.

Ötən il 504 şirkət bağlanıb

DSK-nın məlumatına görə, 2015-ci ildə 504 şirkət fəaliyyətini dayandırıb. Bunların 339-u Bakıda yerləşirmiş. Bağlanan şirkətlərdən 80-nin kapitalında xarici sərmayə varmış.

XS
SM
MD
LG