Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 11:39

6-cı Beynəlxalq Humanitar Forumu başlayır


Əbülfəs Qarayev

Oktyabrın 25-26-da Bakıda 6-cı Beynəlxalq Humanitar Forumu keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Həmin məlumata görə, bu gün, oktyabrın 22-də mədəniyyət naziri Əbülfəs Qarayevin yanında foruma hazırlıq məsələləri müzakirə edilib.

Əbülfəs Qarayev bildirib ki, forum çərçivəsində Azərbaycanda bir neçə digər böyük tədbirlər keçiriləcək. Onun sözlərinə görə, forumda 86 ölkəni və 24 beynəlxalq təşkilatı təmsil edən qonaqların iştirakı nəzərdə tutulur.

Belə forumların keçirilməsinin ilk təşəbbüsçüləri 2010-cu ildə Azərbaycan dövlət başçısı İlham Əliyev və Rusiya Federasiyasının ozamankı prezidenti Dmitry Medvedev olub. Forum bir qayda olaraq Azərbaycanda keçirilir.

Bu Forumun tanınmış şəxslərin, dövlət və ictimai xadimlərin iştirakı ilə qlobal problemlərin müzakirəsində ünsiyyət vasitəsi olduğu bildirilir.

Bundan əvvəl, V Beynəlxalq Humanitar Forumu 2016-cı ilin sentyabrında keçirilmişdi.

XS
SM
MD
LG