Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:31

Human Rights Watch: "Formula 1 vədinə əməl etməlidir"


Jane Buchanan
Jane Buchanan

“Formula 1 rəhbərliyi bazar günü Azərbaycanda “Qran Pri” yarışına start verməzdən əvvəl insan haqları prinsiplərinə sadiq olduğunu göstərmək və adının çirkin repressiyalarla bir yerdə çəkilməməsi üçün Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı səsini qaldırmalıdır”.

Human Rights Watch insan haqları təşkilatından Jane Buchananın iyunun 17-də yaydığı bəyanatda belə deyilir.

Sənəddə qeyd edilir ki, Formula 1 açıq şəkildə bütün dünya üzrə fəaliyyətində beynəlxalq insan haqlarına sadiqliyini vəd edib.

Amma qurumun rəhbərlərindən biri Bernie Ecclestone heyrətamiz şəkildə Azərbaycanda insan haqları məsələsində vicdalarının "100 faiz təmiz" olduğunu deyib.

Bəyanatda qeyd edilir ki, Human Rights Watch və Hüquqlar Uğrunda İdman Koalisiyası Formula 1 rhbərliyi ilə görüşüb və onu bu vədinə əməl etməyə çağırıb.

Bəyanatda qeyd edilir ki, ikinci ildir ki, öz vətəndaşlarına qarşı amansız represiyalar fonunda Azərbaycanda beynəlxalq idman tədbirləri keçirilir.

2014-cü ildən hakimiyyət onlarla jurnalist, hüquqşünas, hüquq müdafiəçisi və siyasi fəalı fəaliyyətinə görə saxta ittihamlarla həbsə atıb.

Sənəddə deyilir ki, hərcənd jurnalist Xədicə İsmayıl da daxil olmaqla bir sıra fəal son aylar azadlığa buraxılsalar da bir çoxları hələ də həbsdədir və həbslər davam edir.

Bundan başqa azadlığa çıxanlardan bəzilərinin fəaliyyətinə, ölkədən çıxmamaq da daxil olmaqla məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, Human Rights Watch təşkilatı ilə Hüquqlar Uğrunda İdman Koalisiyası bundan əvvəl də eyni bəyanatla şıxış ediblər.

Hüquqlar Uğrunda İdman Koalisiyası özündə beynəlxalq insan haqları qruplarını birləşdirir, Azərbaycanda insan haqlarının durumuna diqqət çəkmək məqsədilə yaradılıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG