Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Hosni Mubarak-ın oğulları zaminə buraxılıb


Keçmiş prezident Hosni Mubarak və oğulları Alaa (sağda) və Gamal 2013-cü ildə məhkəmə zamanı
Keçmiş prezident Hosni Mubarak və oğulları Alaa (sağda) və Gamal 2013-cü ildə məhkəmə zamanı

Misirin keçmiş prezidenti Hosni Mubarak-ın iki oğlu birjadaxili ticarət qaydalarını pozmaq ittihamı ilə həbs edildikdən sonra zaminə buraxılıb.

Qahirə məhkəməsi Mubarak qardaşlarının həbs olunmaları əleyhinə verdikləri iddianı təmin edib və onlar zamin pulu olaraq adama 5570 dollar ödəməklə sərbəst buraxılıblar.

Zəngin biznesmen Alaa Mubarak və bir zamanlar atasının siyasi varisi sayılan Gamal Mubarak birja səhmlərinin qanunsuz manipulyasiyasında iştirak edərək bundan təxminən 30 milyon dollar əldə etməkdə ittiham olunurlar.

İki qardaş 2011-ci il Ərəb baharı inqilabı zamanı ataları ilə birlikdə həbs edilmişdilər. Bu xalq həyəcanları Hosni Mubarak-ın 29 illik hakimiyyətinə son qoymuşdu.

Üçlük bunun ardınca prezident sarayının saxlanması üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham edilərək üç il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Oğullar 2015-ci ildə, ataları isə ötən il azad olunmuşdu.

Hosni Mubarak-ın hakimiyyəti illərində oğlu Gamal hakim partiyanın mərkəzi komitəsində mühüm postlar tuturdu və atasının varisi hesab olunurdu.

Alaa siyasətdən kənarda qalsa da, atasının əlaqələrindən sərvət toplamaq üçün istifadədə ittiham edilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG