Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Honq Konq etirazlarının lideri həbsdən buraxılıb


Hong Kong-da etiraz nümayişi, 16 iyun, 2019
Hong Kong-da etiraz nümayişi, 16 iyun, 2019

Honq Konqun demokratik hərəkat fəalı Joshua Wong həbsdən buraxılıb. O, 2014-cü ilin kütləvi etirazlarının təşkilindəki roluna görə iki aylıq həbs cəzasının yarısını çəkib.

22 yaşlı Wong iyunun 17-də jurnalistlərə deyib ki, Honq Konqdakı etirazçılara qoşulmağı planlaşdırır.

Honq Konq sakinləri şübhəlilərin Çinə ekstradisiyasına etiraz olaraq küçələrə çıxıblar. Kütləvi etirazlardan dolayı təklif ertələnib.

Joshua Wong
Joshua Wong

Ötən gecə polis nümayişçilərin iyunun 16-da bağladığı yolları açıb. Etirazçılar Honq Konq rəhbəri Carrie Lam-ın istefasənı, təklif olunan ekstradisiya qanunun birdəfəlik ləğvini istəyirlər.

Joshua Wong mayın 16-da iki aylıq həbsə göndərilmişdi, o, məhkəmə qərarına əməl etməməkdə, yürüşlər zamanı etiraz zonasını tərk etməməkdə təqsirli bilinmişdi.

***

Yüzminlərlə Honq Konq sakini yenə küçələrə axşıdı

Yüzminlərlə Honq Konq sakini iyunun 16-da yenidən etiraz aksiyasına çıxıblar.

Onlar şübhəli şəxslərin Çinə ekstradasiyasını nəzərdə tutan qanun layihəsinin ləğvini tələb ediblər.

Qara geyinmiş aksiya iştirakçıları muxtar administrasiyanın rəhbəri Kerri Lam-ın istefasını tələb ediblər.

Kerri Lam bundan əvvəl, qanun layihəsinə baxılmasının təxirə salındığını demişdi.

“Biz belə variantı qəbul etmirik.Çünki bir müddətdən sonra hər şey təkrar olunacaq. Biz bu qanun layihəsinin ləğvini istəyirik. O təxirə salınmamalı, ləğvolunmalıdır”.Brendon Tan adlı aksiyaçı deyir.

Tənqidçilər hesab edirlər ki, şübhəli şəxslər, Çində işgəncə, təzyiq altda ifadə vermək və müdafiəsiz qalmaq təhlükəsi ilə üzləşəcəklər. Pekin ittihamları rədd edir.

Honq Konq hakimiyyəti isə təkid edir ki, məqsəd cinayətkarlığın qarşısını almaqdır.

Ötən həftə aksiyaçılarla polis arasında baş verən toqquşmalarda onlarla adam xəsarət alıb.

Hazırda Honq Konqdan Çinə ekstradasiya, onun 1997-ci ildə Çinin yuridiksiyasına keçməsindən əvvəl imzalanmış qanunla tənzimlənir.

Müşahidəçilər son günlər Honq Konqda keçirilən kütləvi etirazların, 1997-ci ildən bu yana ən böyük nümayiş olduğunu deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG