Honkonq polisi 2020-ci ilə keçən gecə başlayan etiraz nümayişini dağıdarkən gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Bu barədə Reuters agentliyi yerli kütləvi informasiya vasitələrinə istinadla xəbər verir.
Aksiyaçılar Yeni ilə bir qədər qalmış şəhərin əsas küçələrindən birini bağlayıblar.
Tiçarət mərkəzindən keçən nümayişçilər demokratiya uğrunda mübarizəni davam etdirməyə çağırıblar.
Hakim dairələr, təhlükəsizlik baxımından, son 10 ildə ilk dəfə olaraq şəhərdə Yeni il atəşfəşanlığını ləğv edib.
Yanvarın 1-i səhər saatlarında minlərlə etirazçı yenidən “Aazadlıq tələbi ilə etiraz nümayişinə çıxıb.
Aksiyaçılar etirazlar dağıdılarkən polis zorakılığının araşdırılmasını və bütün həbs olunanların buraxılmasını tələb ediblər.
2019-cu ilin iyunundan Honkonqda kütləvi etiraz nümayişləri keçirilir.
Onlar öncə dissident hesab olunanların Çinə ekstradasiya edilməsini nəzərdə tutan qanunun ləğvini tələb edirdilər.
Amma sonradan Çindən daha çox azad olmaq və deemokratik islahatlar keçirilməsini tələb etməyə başladılar.
Bu aksiyalar zamanı polislə nümayişçilər arasında vaxtaşırı toqquşmalar olub, 6 mindən çox adam həbs edilib, bir nəfərsə ölüb.