Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 07:47

Ukraynanın baş naziri istefa verdi


Ukraynanın istefa verən baş naziri Oleksiy Honcharuk 4 sentyabr,2019

Ukraynanın baş naziri Oleksiy Honcharuk istefa ərizəsi verib.

Bu barədə o özünün Feysbuk səhifəsində yazıb.

“Prezidentə hörmətimiz və etibarımıza heç bir şübhə olmasın deyə, prezidentə istefa ərizısi təqdim etdim”, o, yanvarın 17-də özünün Feysbuk səhifəsində yazır.

Bu addım, danışanın Goncaruk olduğu ehtimal edilən səs yazısının yayılmasından sonra yaranmış qalmaqal fonunda baş verir.

AzadlıqRadiosu Ukrayna xidmətinin məlumatına görə, sosial şəbəkələrdə yayımlanan həmin səs yazısında bir neçə nəfər prezidentin iqtisadi siyasəti və Grivnanın qalxmasının nəticələrilə bağlı hesabatı müzakirə edirlər.

Həqiqiliyi hələ ki, təsdiqlənməmiş həmin səs yazısında səsi Honcharuka oxşayan bir nəfər güya, iqtisadi məsələlərdə özünün və prezidentin səriştəsizliyindən danışır.

Məlumata görə, səs yazısı yanvarın 16-da edilə bilər və həmin iclasda kuya Honcharukla yanaşı Mərkəzi bankın sədr müavini Ekatrina Rojkova, maliyyə naziri Oksana Markarova, prezident aparatı rəhbərinin müavini Yuliya Kuznetsov və digərləri iştirak edirmiş. Amma Kuznetsov sonradan həmin iclasda iştirakını inkar edir.

Bundan əvəl isə sosial şəbəkələrdə baş nazirin istefası barədə məlumatlar yayılıbmış. Amma Nazirlər kabineti az sonra bu məlumatı rədd elədi.

Honcharukun özü isə bəyan elədi ki, Ukraynada hakimiyyətin dəyişdiyi andan, xeyli adam var ki, ona qarşı işləyirlər, amma onlar heç nəyə nail ola bilməyəcəklər.

XS
SM
MD
LG