Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:51

Hollivudun ən çox tələbat olan 10 aktyoru


Hollivud

Sizə elə gəlir ki, son vaxtlar Dueyn Consonu tez-tez görürsünüz? Yanılmırsınız. Çünki son üç ayda aktyorun iki filmi böyük ekrana çıxıb, daha bir filmi isə hələ də kinoteatrlarda nümayiş olunmaqdadır.

«USA Today» qəzeti Hollivudun ən çox tələb olunan aktyorlarının top onluğunu hazırlayıb. Bu siyahıda Сonsondan başqa 2018 və 2019-cu illərdə çıxan (çıxacaq) səkkiz filmdə rol almış Tiffani Haddiş və bu müddət ərzində altı filmə çəkilən Marqo Robbinin də adları var.

Qeyd edək ki, siyahıda yer almış 3 qadından biri olan T.Haddişi hələ ötən yay, demək olar, heç kim tanımırdı.

1. Ceyms Franko

Ötən ilin dekabrında «The Disaster Artist» filmində çəkilən aktyor bu rola görə komediya nominasiyasında «Golden Globe» mükafatına layiq görülüb. Mayda isə o, «Future World» filmində rol alıb. Ancaq bu film «Rotten Tomatoes» (çürük pomidorlar) saytında tənqidçilərin kəskin atəşinə tuş gəlib.

Keçmiş güləşçinin rol aldığı ən gəlirli filmsə «Spider-Man 3» (2007) filmidir. Filmin kassa gəliri 151.1 milyon dollar olub.

2. Dueyn Conson

Onun çəkildiyi iki əkşn filmi, «Skyscraper»«Rampage» hazırda kinoteatrlarda nümayiş olunur. Çəkildiyi ən gəlirli filmsə 147.2 milyon dollarla «Furious 7» (2015) filmi olub.

3. Oktaviya Spenser

O.Spenser ötən il «The Shape of Water» filmindəki ikinci dərəcəli roluna görə üçüncü dəfə Oskar mükafatına namizəd göstərilib. 2017-ci ildə o, daha iki filmə - «Gifted»«The Shack» filmlərinə çəkilib. Aktrisanın rol aldığı ən gəlirli filmsə 75.1 milyon dollarla «Zootopia» (2016) filmidir.

Aktrisa Amerikada irq və üstünlük məsələlərindən bəhs edən «Lyuçe» pyesində baş qəhrəmanın müəlliməsi rolunu oynayacaq. Bundan başqa o, «Instant Family» adlı komediya filmində sosial işçi rolunu oynayacaq.

4. Marqo Robbi

Ötən il M.Robbi «I, Tonya» filmində əsas rolu, «Goodbye Christopher Robin» filmində yazıçı, məşhur Vinni Puhun macəralarını yazan A.AMilnin həyat yoldaşı Dafnanı oynayıb.

Aktrisanın rol aldığı ən gəlirli film 133.7 milyon dollarla «Suicide Squad» (2016) filmidir.

5. Nikolas Keyc

N.Keycin uğuru daha çox 80, 90 və 2000-ci illərin filmləri ilə assosiasiya olunur. Ancaq Hollivudda ona tələbat hələ də böyükdür. Aktyor bu ilin fevralında «Looking Glass» trillerində, yayın əvvəli isə «211» əkşn filmində rol alıb.

Keycin çəkildiyi ən gəlirli film 45.4 milyon dollar kassa gəliri toplamış «Ghost Rider» (2007) filmidir.

6. Tiffani Haddiş

T.Haddiş daha çox ötən yayın «Girls Trip» filmindəki Dina rolu ilə tanınır. Onun çəkildiyi «Uncle Drew» filmi isə hazırda kinoteatrlarda göstərilir.

Ən gəlirli filmi elə «Girls Trip» (2017) filmidir, 31.2 milyon dollar.

7. Vudi Harrelson

V.Harrelson «Solo: A Star Wars Story» filmində cani Bekketi oynayıb. «Three Billboards Outside Ebbing, Missouri» filmində oynadığı polis rəisi Uilloubi rolu isə ona üçüncü Oskar namizədliyini qazandırıb.

Ən gəlirli filmi 158.1 milyon dollar toplamış «The Hunger Games: Catching Fire» (2013) filmidir.​

8. Conni Depp

Tamaşaçılar C.Deppi bir çox filmlərdən tanıyırlar. Ancaq onun ən gəlirli filmi 2006-cı ildə çəkilmiş «Pirates of the Caribbean: Dead Men Tell No Tales» filmidir. Filmin kassa gəliri 135.6 milyon dollardır.

9. Kris Prett

K.Prett bu yay «Jurassic World: Fallen Kingdom» filmində Ouen Qreydi rolunu, «Avengers: Infinity War» filmində isə Piter Kvilli oynayıb.

Ən gəlirli filmi isə 257.7 milyon dollarla «Avengers: Infinity War» (2018) filmidir.

10. Tom Henks

Aktyor Oskara namizəd olan «The Post» filmində «The Washington Post» qəzetinin icraçı redaktoru Ben Bredlini və «The Circle» filmində texnologiya şirkətinin rəhbəri Beylini oynayır.

Ən gəlirli filmi 110.3 milyon dollarla «Toy Story 3» (2010) filmidir.

XS
SM
MD
LG