Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Hollivud tanınmış prodüserin cinsi zorakılığını 30 il necə gizlədi


Hollivud
Hollivud

«Bu, təcavüzdür». Məşhur «Friends» serialının ulduzu (Ross Geller) David Schwimmer və rejissor Sigal Avin bu ilin yazında silsilə qısametrajlı filmlər buraxıblar. Bu filmlərdə tanınmış aktyorlar ən geniş yayılmış cinsi təcavüz səhnələrini oynayırlar. Tanınmış aktyor və kostümer-qadın, kişi fotoqraf və qadın model, qadın jurnalist və kişi siyasətçi, həkim və xəstə.

Qadın donub qalır. Kişi isə heç nə olmayıbmış kimi deyir: «Yaxşı ki, sən o feministlər kimi qışqırmağa başlamayacaqsan. Axı biz dostuq, hə?».

TRAVMANI AĞIRLAŞDIRA BİLƏCƏK FİLMLƏRİN SİYAHISI

Müasir mədəniyyətdə həddindən çox cinsi zorakılıq səhnəsi var. Məsələn, məşhur «Taxt oyunları» serialının təkcə ilk beş mövsümündə belə səhnələrin sayı 50-dən çoxdur. «Buz və alov» saqasında isə 214 belə səhnə var. Onların çoxunda sadəcə zalımın öz qurbanına qarşı qəddarlığı göstərilir.

Hətta cinsi zorakılıq yaşamış adamlara belə səhnələrə baxmaq tövsiyə edilmir. Qurbanları dəstəkləyən saytlar hətta «trigger» hesab edilən, travmanı ağırlaşdıra biləcək belə filmlərin və kitabların siyahısını dərc edir.

Məşhur «Parisdə sonuncu tanqo» filmindəki zorakılıq səhnəsi ekrana çıxmasından 44 il sonra mübahisələr yaradıb. 44 il sonra bəlli olub ki, Bernardo BertolucciMarlon Brando öz aralarında bütün detalları razılaşdırıblar, ancaq bu barədə aktrisa Maria Schneider-ə heç nə deməyiblər – aktrisanın reaksiyasının «daha təbii» olmasını istəyiblər. Sonradan Schneider müsahibələrinin birində çəkiliş zamanı özünü alçaldılmış və bir qədər zorlanmış hiss etdiyini, həqiqətən ağladığını və çox qəzəbləndiyini deyib.

QURBANA FOKUS

Gaspar Noé-nin «Geriyə dönməz» filmində isə Monica Belucci-nin çəkildiyi 9-dəqiqəlik zorlama səhnəsi var. Tamaşaçı baş qəhrəmanın travmanı necə yaşadığını anlamır - rejissoru sadəcə qisas maraqlandırır. Qurbansa yenə də obyektləşdirilib.

Yalnız son illərdə pop-mədəniyyət zorlayana yox, qurbana fokuslanır. Kitablar və filmlər artıq zalımın xarakterini və ətrafdakı insanların reaksiyasını göstərmir, travmanın öhdəsindən gəlmək haqda hekayələrə çevrilir.

Yeniyetmələr üçün çəkilən yeni serialların azı bir seriyası, yaxud hətta bütöv bir mövsümü cinsi zorakılıq problemlərinə həsr edilir. Bütün detallara toxunulur: dostunun başına belə bir iş gəlibsə, necə reaksiya vermək lazımdır, öz başına gəlibsə, necə bunu deməyə qorxmamalısan və s.

30 İLLİK SÜKUTDAN SONRA

Zorakılığın qurbanın baxış bucağından bədii interpretasiyası cəmiyyətdə bu mövzuda dialoqa başlamağa imkan verir, #Янебоюсьсказать (mən deməyə qorxmuram) kimi flaşmoblar yaranır, qadınlarsa zorakılığı törədənləri ucadan ifşa etməyə qorxmurlar. Çünki bəzən qadınlar bu barədə danışmağa çox qorxurlar.

Hollivudun nüfuzlu prodüserlərindən olan Harvey Weinstein uzun müddət aktrisalara cinsi təcavüz edib. 30 illik sükutdan sonra bu barədə danışılmağa başlayıb və indi «Pulp Fiction» («Kriminal qiraət») və «Django Unchained» («Məğlubedilməz Canqo») kimi məşhur filmlərin prodüseri böyük bir qalmaqalın mərkəzindədir.

Bir neçə qadının Harvey Weinstein-ı cinsi təcavüzdə suçlamasından sonra prodüserin həyat yoldaşı Georgina Chapman ərindən ayrıldığını elan edib. 41 yaşlı dizayner Chapman və 65 yaşlı Weinstein 10 il evli olublar. Onların iki uşağı – yeddiyaşlı qızları və dördyaşlı oğlu var.

Oktyabrın 5-də «The New York Times» qəzeti Harvey Weinstein-ın qadınlara cinsi təcavüz etməsi ilə bağlı araşdırmanı dərc edib. Prodüserin keçmiş və indiki işçiləri jurnalistlərə Weinstein tərəfindən məruz qaldıqları təcavüzdən danışıblar.

80-150 MİN DOLLAR ÖDƏNİLİB

Materialda qəzet Weinstein-ə məxsus hər iki kino şirkətinin bu məlumatı təsdiqləyən rəsmi sənədlərini və yazışmaları nəzərdən keçirir.

Weinstein-in iki işçisi onun müxtəlif illərdə azı səkkiz qadınla cinsi təcavüz zəminində yaranmış münaqişələri yoluna qoyduğunu bildirib. Bu qadınların arasında prodüserin iki assistenti (1990 və 1998-ci illərdə), bir aktrisa (1997), bir italyan model (2015) və «The Weinstein Company»nin əməkdaşı Lauren OʼConnor (2015) var. Qəzetin yazdığına görə, qadınlara susmaları əvəzində 80-150 min dollar ödənilirmiş.

Harvey Weinstein və xanımı Georgina Chapman
Harvey Weinstein və xanımı Georgina Chapman

İlk dəfə Weinstein-ın cinsi təcavüzləri haqda 2015-ci ildə aktrisa Ashley Judd danışıb. Sonradan Judd prodüserin adını da çəkib. Aktrisanın sözlərinə görə, mümkün əməkdaşlığı müzakirə etmək üçün Weinstein-ın yanına gələndə prodüser onu öz otel otağına dəvət edib və burada ona masaj təklif edib. Judd imtina etdiyini və bundan sonra Weinstein-ın studiyasının daha ona rol təklif etmədiyini deyib.

WEINSTEIN ÜZR İSTƏYİB

Tanınmış aktrisa Angelina Jolie də 23 yaşı olanda Weinstein tərəfindən təcavüzə məruz qaldığını, bundan sonra onunla işləmədiyini bildirib. O deyib ki, başqalarına da Weinstein-la işləməməyi tövsiyə edib.

Weinstein oktyabrın 5-də «The New York Times»a şərhində üzr istəyib.

«Mən dəyişməyə çalışıram, ancaq hələ öz üzərimdə çox çalışmalıyam», – o yazıb.

O, rəsmi bəyanatında qeyd edib ki, davranış qaydalarının fərqli olduğu 60-70-ci illərdə böyüyüb. Prodüser özünə ikinci şans istəyib. Prodüser kömək üçün psixoterapevtlərə müraciət etdiyini bildirib.

Ancaq Weinstein həm də «The New York Times»ı böhtana görə məhkəməyə verəcəyini bildirib.

Cinsi təcavüzlə bağlı şübhələrə görə Weinstein özünün yaratdığı «Weinstein Co.» şirkətindən qovulub. Weinstein qovulmazdan öncə Hollivud ulduzlarının agentlərindən və başqa kinostudiyaların rəhbərlərindən onu «The Weinstein Company»nin Direktorlar şurası qarşısında dəstəkləməyi xahiş edib.

Harvey Weinstein qardaşı Bob Weinstein-la birlikdə 1970-ci illərin sonlarında tanınmış müstəqil «Miramax» kinostudiyasını təsis edib. Studiya Stieven Soderberg-dən Pedro Almodovar-a qədər bir çox rejissorların müəllif filmlərini buraxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG