Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Hollandiyada ‘Şimali Koreyaya göndərilən’ 90 min şüşə rus arağı tutulub


İllüstrasiya
İllüstrasiya

Hollandiya rəsmiləri bildirirlər ki, onlar beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya göndərildiyi ehtimal olunan 90 min şüşə rus arağını müsadirə ediblər.

Hər birində 30 şüşə olan 3000 qutu Rotterdam limanında Çinə aid gəmidən tapılıb. Gəmi Hollandiyadan Çinə yollanmalı idi.

Qutuların olduğu konteynerin təftişi asan olmayıb. Çünki konteyner gəmi göyərtəsindəki təyyarənin qanadı altındaydı. Təyyarəni əvvəlcə kranla qaldırmaq lazım gəlib.

Qaçaqmalçılıq yolu ilə aparılmasına cəhd göstərilən şüşələrin tutulması ABŞ prezidenti və Şimali Koreya liderinin Hanoyda keçiriləcək sammiti ərəfəsinə təsadüf edib.

Hollandiyanın AD qəzeti iddia edir ki, araq şüşələrinin Kimə və onun ordu aşpazlarına ünvanlandığı düşünülür.

Lakin bu barədə Twitter hesabından xəbər verən Hollandiya gömrüyü Kimin adını çəkməyib.

XS
SM
MD
LG