Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Hollande-ın çıxışı zamanı snayper iki nəfəri təsadüfən yaralayıb


Francois Hollande
Francois Hollande

Fransa polisinin snayperi fevralın 28-də prezident Hollande-ın çıxışı zamanı təsadüfən atəş açaraq iki nəfəri yaralayıb.

Hadisə Fransanın Villonyan şəhərində Francois Hollande-ın burada sürət dəmir yolunun açılışı zamanı etdiyi çıxışın əsnasında baş verib.

Prezidentin çıxış etdiyi yerdən 100 metr aralıdakı evin damında olan snayper mövqeyini dəyişərkən onun silahı təsadüfən atəş açıb.

Regionda polisin ən vəzifəli nümayəndəsi Pierre N'Gahane deyib ki, güllə iki nəfəri ayağından yaralayıb, lakin oların aldığı xəsarət həyatları üçün təhlükəli deyil.

AFP xəbər verir ki, eyni güllə iki adamı ayağından yaralayıb.

Hollande-ın çıxışını göstərən videoda güllə səsi aydın eşidilir.

“Ümid edirəm ki, ciddi bir şey yoxdur” – deyib soyuqqanlıqla prezident.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG