Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 08:06

Hippilər haqda ən yaxşı filmlər


Rejissor Terye Toomistunun "Sovet hippiləri" filmindən kadr
Rejissor Terye Toomistunun "Sovet hippiləri" filmindən kadr

1960-cı illər dünya üçün nəhəng dəyişikliklər dövrü olub. Bu dövrün ayrılmaz parçası olan hippilər modadan tutmuş, musiqiyə qədər, həyatın və incəsənətin ən müxtəlif sahələrinə təsir ediblər. Hippilər haqda çox sayda film də çəkilib.

1969-cu ildə o zaman çox populyar olan hippi submədəniyyəti haqda ilk filmlərdən biri olan "Alice's Restaurant" filmi ekranlara çıxıb. Artur Penn və Veneybl Herndonun yazıb çəkdiyi bu filmdə Vyetnam müharibəsi ilə bağlı insanların orduya çağırılması və 1950-ci illərin digər narahatedici məsələləri sorğulanır.

Film hippi hərəkatını Qərb cəmiyyətini və onun yaşayış tərzini tənqid edən, Amerika düşüncə tərzini sülh və sevgiyə dəvət edən bir qüvvə kimi göstərir. Bütün bu siyasi və ideoloji sistemlərə qarşı çıxması, narkotiklərdən istifadə və seksual azadlıq hippi hərəkatına xas əsas məsələlərdir. Hippilər dövrü haqda çəkilən filmlərdə bu məsələlər çox qabardılır.

ABŞ-ın sükutuna qarşı

Artur Penn bir müsahibəsində "Alice's Restaurant" filminin ABŞ-ın sükutuna qarşı qoyulduğunu və hər şeyi qurtarmağa çalışan yeni nəsli təsvir etdiyini demişdi.

Hərəkat 1970-ci illərdə sovrulub getsə də, hippi mədəniyyətinin filmlərdə təsviri davam edir. Bu mədəniyyəti həm müsbət bucaqdan göstərən, həm də tənqid edən filmlər var. "Alice's Restaurant" kimi bilavasitə həmin dövrdə çəkilən filmlər dövrün düşüncə tərzini əks etdirə bilib.

Nisbətən yeni çəkilən işlərsə, məsələn, "The Big Lebowski" və ya "Across the Universe" hippi hərəkatından sonra baş verənləri öyrənməyə çalışıb. movieweb.com saytı hippi submədəniyyəti haqda ən yaxşı filmlərin siyahısını dərc edib.

"Across the Universe"

Culi Teymorun "The Beatles"ın bir neçə mahnısından ilhamlanaraq çəkdiyi bu film 1960-cı illərdə yaşayan və bu onilliyin siyasi hərəkatlarının təsiri altında olan dörd gənc qəhrəmanın həyatı haqdadır. Hekayə radikal siyasi etirazları, seksuallığı, Amerikada vətəndaş hüquqları hərəkatını və Vyetnam müharibəsini əhatələyir. Filmdə 1960-cı illərdə eksperimental narkotiklərdən istifadə və narkotikdən asılılıq da əks olunub.

"Easy Rider"

Bu antiisteblişment filmi Amerikanı gəzən iki bayker haqqındadır. Yolda onlar 60-cı illərdə çəkilmiş filmlərdə çox toxunulan məqamlarla qarşılaşırlar. Narazı gənclik, narkotiklər, kommunalar… Gələcəklə bağlı ümidsizlik hissi çox sayda hippini eyni zamanda həm siyasi aktivizmə, həm də hedonizmə sürükləyib. "Easy Rider" ekranda narkotikdən istifadə və bəzilərinin Cek Nikolsonun ilk böyük performansı hesab etdiyi aktyor oyunu ilə yadda qalıb.

Siyahıda bundan başqa "Helter Skelter", "Once Upon a Time in Hollywood", "Eggshells" kimi filmlərin adları çəkilir.

"Woodstock"

1970-ci ildə çəkilmiş bu Amerika sənədli filmi 1969-cu ilin yayında keçirilmiş məşhur Vudstok musiqi festivalı haqdadır. Bir çoxları üçün bu festival hippi hərəkatının ən açıq bəyan edildiyi hadisə idi. Filmdə təkcə səhnədə çıxış edən musiqiçiləri yox, o dövrün gənclərini, 400 minlik auditoriyanı da görmək olur. Bu baxımdan bu, adi bir konsert filmi deyil, hippi hərəkatının özünün tarixi əhəmiyyət daşıyan xronikasıdır.

"The Trip"

Bir çoxları 1967-ci ildə çəkilmiş bu bədii filmi hippi submədəniyyətini ən yaxşı təmsil edən kino işi sayır. Ssenarisini Cek Nikolsonun yazdığı və Rocer Kormanın çəkdiyi bu filmdə bir televiziya reklam müdirindən bəhs edilir. Filmin qəhrəmanı bu yaxınlarda baş vermiş boşanma ilə bağlı kədərini boğmaq üçün LSD (sintetik narkotik növü) qəbul edir. Nəticədə çoxlu hallüsinasiyalar görməyə başlayır. LSD-nin gətirdiyi həmin hallüsinasiyaları auditoriyaya çatdırmaq üçün filmdə qeyri-adi montaj fəndlərindən istifadə olunub. Ancaq film təkcə hallüsinasiyaları yox, 60-cı illərin ruhunu da tamaşaçıya çatdıra bilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG