Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Hindistan müsəlmanların ‘dərhal boşama’ adətini cinayət əməli elan edir


Hindistan müsəlmanların ‘dərhal boşama’ adətini cinayət əməli elan ediristan hökuməti İslamda dərhal boşanmaya imkan verən talaq praktikasını cinayət əməli elan edən sərəncam verib. Bu sərəncama görə talaq praktikasından istifadə edənlər üç il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Hökumət bu sərəncamı sentyabrın 19-da verməyə məcbur olub. Beləki, ölkənin Ali Məhkəməsi islami boşanma qaydasının müsəlman qadınların hüquqlarını pozduğu barədə hökmündən bir il keçməsinə baxmayaraq parlament müvafiq qanunu qəbul edə bilməyib. Talaq praktikasına görə kişinin arvadından boşanması üçün onun ərəbcə talaq sözünü üç dəfə təkrar etməsi kifayətdir.

Hökumət sərəncamı ölkəni “üçlü talaq” üzərinə qadağan qoyulması məqsədinə bir addım da yaxınlaşdırıb.

Hindistan parlamentinin aşağı palatası bu praktikanın qadağan edilməsinə dair qanunu ötən ilin dekabrında qəbul edib, lakin qanun layihəsi yuxarı palatada ilişib qalıb.

Məhz bu səbəbdən hökumət sərəncam vermək məcburiyyətində qalıb.

İndi bu sərəncamın qanuna çevrilməsi üçün onu prezidentin imzalaması kifayətdir.

Hindistanda müsəlman qadınlar Peyğəmbərin mövlud günündə
Hindistanda müsəlman qadınlar Peyğəmbərin mövlud günündə

Hindistanın 170 milyonluq müsəlman əhalisinin ailə məsələ və mübahisələri islami şəriət qanunu ilə həll olunur.

Müsəlman şurası bu məsələlərə mülki məhkəmələrin hər hansı müdaxiləsinə qarşı çıxır və bildirir ki, müsəlmanların boşanma məsələsi müsəlman icmasının ixtiyarına buraxılmalıdır.

Lakin bir sıra müsəlman fəallar bu mövqeyi bölüşmürlər. Müsəlman qadınlar deyirlər ki, kişilər bəzən onları üç dəfə talaq sözü yazılmış SMS və ya məktubla boşayırlar. Belə qadının haqqını tələb etmək üçün heç bir hüququ olmur.

Son rəsmi statistikaya görə müsəlmanlar 1, 3 milyardlıq Hindistan əhalisinin yalnız 13 faizini təşkil edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG