Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Hindistan təyyarəsi qəzaya uğrayıb, ölənlər var


Air India Express hava yolları şirkəti sərnişin təyyarəsinin eniş zolağından çıxması nəticəsində törənən qəzada azı 17 nəfərin həlak olduğu xəbər verilir.

Avqustun 7-də Kalikut hava limanında baş vermiş qəza zamanı təyyarə iki hissəyə bölünüb.

Reuters xəbər verir ki, Boeing-737 təyyarəsi koronavirus pandemiyasına görə Dubayda ilişib qalmış Hindistan vətəndaşlarını vətənə gətirirdi.

Təyyarədə 190 sərnişin vardı. Onlardan 10-u azyaşlılar idi.

Televizya xəbər süjetlərində xilasedicilərin leysan yağışının altında işlədikləri görünür.

Təyyarə uşuş zolağını vurub keçdikdən sonra 10 metr dərinliyində yarğana sürüşərək ikiyə parçalanıb.

Təyyarə qəza rejimində enib

Media xəbərlərində deyilir ki, təyyarə enərkən əvvəlcə onun burun hissəsi yerə toxunub.

Kerala ştatının polisi bildirir ki, azı 15 sərnişin həlak olub və təyyarə qırıntılarının arasında hələ də azı dörd sərnişin qalıb.

Mülki aviasiya idarəsinin məlumatında deyilir ki, qəza zamanı yanğın baş verməyib.

Xəsarət alanların xəstəxanalara aparıldığı bildirilir.

Air India Express şirkətinin AXB1344 reysi hökumət tərəfindən xaricdəki hindistanlıların vətənə gətirilməsi üçün ayrılıb.

Körfəz zonasında milyonlarla hindistanlı işləyir.

Hindistanın baş naziri Narendra Modi Kojikodedə (Kalikutun yeni adı – red) baş vermiş qəzadan kədərləndiyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG